02.02.2022 [11:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında maraqlı təkliflər çıxış edib.
Belə ki, Fazil Mustafa Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” Qanunun qəbul edilməsini təklif edib.
Onun sözlərinə görə, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: “Hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik”.
Maraqlıdır, belə bir qanuna ehtiyac varmı? Əgər belə bir qanun qəbul edilərsə, o, hansı formada olmalıdır?
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev isə belə qanuna ehtiyac olmadığını deyib:
“Burada nəyin nəzərdə tutulduğu aydın deyil. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanun var və onun təkmilləşdirmək lazımdır. Ayrıca müxalifət haqqında qanunun olması nəyə görə nəzərdə tutulur? Düşünmürəm ki, bu normal sayılsın. Siyasi partiyalar üçün ümumi bir qanun olmalıdır və Azərbaycanda da bu var. Sadəcə olaraq, bu qanunun təkmilləşdirilməsi mümkündür. Amma ayrıca müxalifət haqqında ayrıca bir qanun olması məntiqsiz bir şeydir. Özüm də bunu ilk dəfədir eşidirəm”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |