03.02.2022 [11:49] - Gündəm, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Marsol2 MMC arasında memorandum imzalanıb.
Agentliyin Strateji kommunikasiya departamentindən bildirilib ki, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və “Marsol” MMC-nin direktoru Tural Mustafayev imzalayıblar.
Memorandumun imzalanması mərasimində ötən il ərzində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Razılaşmaya əsasən, agentliyin fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr üzrə, eləcə də “Məşğulluq Marafonu” çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstəyin verilməsi istiqamətində əməkdaşlıq ediləcək.
Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin istehsalat təcrübəsi keçmələri və müvafiq sahələr üzrə işlə təminatında birgə fəaliyyət göstəriləcək.
Əməkdaşlıq çərçivəsində birgə innovativ layihələrin, tədbirlərin və forumların həyata keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, “Marsol” MMC 2017-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət sahəsi sahibkarlığın daha da inkişaf etməsi üçün biznes nəşrlərinin çapı, sosial fəaliyyətlər, tədbirlərin təşkilidir.

Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |