Şrift:
İtaliyada inflyasiya son 26 ilin maksimumuna yüksəlib
03.02.2022 [11:55] - Gündəm, İqtisadiyyat
Yanvar ayında İtaliyada inflyasiya 4,8 faiz təşkil edib

Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilir ki, buna səbəb enerji qiymətlərinin artmasıdır. Həmçinin bu göstərici ölkədə 1996-cı ilin aprelindən bəri qeydə alınan ən yüksək inflyasiya səviyyəsidir.

Avrozonanın üçüncü böyük iqtisadiyyatına malik İtaliyada enerji qiymətləri illik müqayisədə 38,6 faiz artıb, ərzaq qiymətlərində 5,4 faiz, xidmətlər üzrə isə 3,5 faiz artım olub.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed