Şrift:
Azərbaycan ilə Rusiya arasında nəqliyyatın rəqəmsallaşdırılması müzakirə edilib
03.02.2022 [11:58] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan ilə Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq yükdaşımaları zamanı yaranan çətinliklərin vaxtında və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində Alt komissiya yaradılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyən bildirilib ki, Alt komissiyanın ilk iclası videokonfrans formatında keçirilib.

İclas ölkəmizin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Alt komissiyaya Azərbaycan tərəfindən həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun, Rusiya tərəfindən isə həmsədr nəqliyyat nazirinin müavini Dmitriy Zverevin rəhbərliyi ilə baş tutub.

İclasda iki ölkə arasında avtomobil, dəniz, dəmir yolu və hava nəqliyyatı, o cümlədən nəqliyyatın rəqəmsallaşdırılması və sərhəd-keçid prosedurlarının asanlaşdırılması məsələləri müzakirə edilib. Həmçinin bu münasibətlərin davamlı uğurlu inkişafı üçün perspektiv imkanları və mövcud çətinliklərin araşdırılması, onların həlli istiqamətində müvafiq tədbirlərin birgə aparılması ilə bağlı razılıq əldə olunub. Bununla yanaşı, ölkələrimizin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərində birgə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunaraq bu münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda Protokol imzalanıb.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed