Şrift:
Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib
04.02.2022 [10:20] - Xəbərlər, Siyasət, Türk dünyası-Turan
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

Türkiyə Böyük Millət Məclisinin iclas salonundan xəbər verir ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.

Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə Türkiyə vaxtı ilə saat 23:25 dəqiqədə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 5273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed