04.02.2022 [10:22] - Gündəm, Sosial
Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə Şamaxıda videokonfrans keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər və könüllülər iştirak ediblər.
Videokonfrsı açan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gəncləri təbrik edərək onların ölkəmizin ictimai-siyasi həyatında rolunun yüksək olduğunu, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədə göstərdikləri böyük xidməti qeyd edib. Vurğulayıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Deputad Tamam Cəfərova çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, hazırda bu istiqamətdə görülən işlərdən danışıb, gənclərin bütün sahələrdə dəstəkləndiyini qeyd edib.
Sonra videokonfransda Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, ADPU-nun Şamaxı filialının direktor müavini Şəlalə Seyidova, güləş idman növü üzrə beynəlxalq dərəcəli hakim Asif Şirəliyev çıxış edərək şamaxılı gənclərin rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında göstərdikləri fəallıqdan, Vətən müharibəsindəki fədakarlıqlarından, təhsil, idman sahələrində qazanılan uğurlardan danışıblar. inkişafında idmanın rolundan danışıblar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara bir daha möhkəm cansağlığı, sağlam həyat və müvəffəqiyyətlər arzu olunub.

Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |