04.01.2013 [13:45] - Siyasət
Nürnberq prosessi - nasist cinayətkarları, onların sirrləri, hələlik o dövrün tarixçilər və araşdırmaçılarının diqqətindən kənarda qalan naməlum səhifələri hələ də özündə gizlədir. Azərbaycanlı Ənvər Məmmədov həmin prossesin canlı şahidi olub. O, bu ilin avqust ayında 90 illiyi qeyd edəcək. Ənvər Məmmədov “əfsanəvi insan”lardan biridir. O, həm də SSRİ televiziya və radiosunun dayaqlarından biri olub.
Qərb Universitetinin professoru Fikrət Sadıqov Ənvər Məmmədovun həyat yolu haqda məqalə yazıb. Politoloq məqalə haqda bizimlə fikirlərini bölüşüb. Məqalənin birinici hissəsi Ənvər Məmmədovun uşaqlıq və gənclik illərini əks etdirir. Onun atası Nazim Məmmədov müəllim olub. Repressiyaya məruz qalıb, 1949-cu ildə həbsxanada dünyasını dəyişib. Ənvər Məmmədov isə 7-ci sinifi bitirdikdən sonra dülgər köməkçisi işləyib. Orta məktəbi qurtarıb, 1941-ci ildə aviasiya məktəbinə daxil olub. Zədə aldığından tərxis olunub. Bakıya qayıtdıqdan sonra hərbi tərcüməçi kurslarına göndərilib. Müharibə başlayandan sonra onu neft meydanlarına yollayırlar. Orda Ənvərin komandası faktiki olaraq təxribatların qarşısını almaqla məşğul olur. Həmin vaxt alman casusları Bakı neftinə birbaşa hücum etməyi planlaşdırırdılar. Çünki faşist Almaniyasının Bakının neftinə böyük ehtiyacı var idi. Sonra onu dərhal SSRİ Xarici İşlər Nazirliyindən dəvət gəlir.
O, başlıca alman-faşist hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nürnberq prosesinə başlanması tərcüməçi təyin edilir. Müsahibələrinin birində Ənvər Məmmədov həmin anı belə xatırladığını deyib: “Nürnberq prosesində iştirak etmək arzum olub-olmadığını soruşdular. Tərçüməçi bürosunun rəis müavini olmalı idim. Çox arzulayırdım ki, həbsxana divarlarında o alçaq və qatilləri görüm. Çünki onların torpaqlarımızda nələr törətdiklərini görmüşdüm. Ona görə də nə qismində olursa-olsun orda olmaq istədiyimi bildirim”.
Eyni zamanda Ənvər Məmmədov XİN-nin oradakı təmsilçisi olur. Məqalə müəllifi qeyd edir ki, həmin prosess vaxtı orada qalmaqallı bir vəziyyət yaranıbmış. Çünki Nürnberq prosesi Soyuq müharibənin başlanğıc mərhələsi idi. Həmin vaxt Sovet İttifaqı ilə Amerika arasında müəyyən qarşıdurma var idi. Ə.Məmmədov da bu qarşıdurmanın faktiki olaraq şahidi olub. Məhkəmə prosessində o, sovet tərəfindən marşal fon Paulusun tərcüməçisi olub. Onun verdiyi cavabları Ənvər Məmmədov tərcümə edib. Bu hadisədən sonra o, böyük rəğbət qazanıb. Bu təşviqata səbəb olmuş proses idi. Həmin marşal isə demək olar ki, alman faşizminin iç üzünü açıb.
1944-1945-ci illərdə Sovet İttifaqının İtaliyadakı səfirliyində press-attaşe təyin olunub. Səfirlikdə cəmi 3 nəfər olublar: səfir, birinci katib və o özü. Həmin vaxt Mussolini rejimi İtlaiyada təzəcə dağılıbmış. Diplomatik nümayədəlikdə 3 nəfər olduğundan bütün işlər də bu üçlüyün çiyinlərində olub. İtaliyada olarkən Ənvər Məmmədov bir sıra partiyalar, KİV, mətbuat orqanları ilə işləyib.
Moskvada “Novosti” Xəbər Agentliyi (NNA) yaranarkən Ənvər Məmmədov onun mətbuat xidmətinə rəhbər seçilir. Faktiki olaraq həmin agentliyin yaradıcı da Ənvər Məmmədov olub. 1950-ci ilə qədər Sovet İttifaqı Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1953-cü ildə isə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1956-cı ilə qədər Radiokomitənin xaricdəki baş redaksiyasının baş redaktoru çalışıb. O, 4 dil - ingilis, alman, italyan, fransız dillərini bilirdi. Onun təcrübəsinə görə sovetin Amerikadakı, yəni Vaşinqtondakı səfirliyinə səfir müavini təyin edirlər. Daha sonra “SSRİ” juralının baş redaktoru olub. NNA-nın siyasi icmalıçısı, müşavir, RİA-radionun konsultantı olub. 7 orden, 10 medal ilə təltif olunub.
Ənvər Məmmədova ilk dəfə diplomatik missiya həvalə olunduqda tanınmış SSRİ xarici işlər naziri V.Molotov etiraz edir: “Bu kimdir? Tatardır? Onun bu cür yüksək vəzifəyə göndərirsiniz, ancaq necə işləyəcəyi hələ məlum deyil”. Amma çox keçmir ki, V.Molotov onun zəngin təcrübəsi haqda öyrənib. Bu işə razılıq verib.
Sovet İttifaqının lideri N. S. Xruşşovun hakimiyyətə gəldiyi dövr də mürəkkəb olub. O da çalışırdı Amerikaya ən yaxşı qüvvələrini göndərsin. Ona görə də 1959-cu ilə qədər Ənvər Məmmədov Vaşinqtonda işləyib. Oradan Moskvaya qayıtdıqdan sonra ona SSRİ Dövlət Radio və Televiziya Komitəsinə sədr müavini təyin edilib. O, bu vəzifəyə 1962-ci ildən başlayır və 1985-ci ilə kimi davam edir. Təxminən 25 il o, dövlət televiziyasına rəhbərlik edir.
SovİKP MK-nın baş katibi, 1983-1984-cü illərdə SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri, SSRİ DTK sədri olmuş Yuri Vladimiroviç Andropov baş katib seçiləndə efirdə Moskva diktoru onun çıxışını səhv oxuyub. Daha doğrusu vərəqləri səhv salır və hər şey efirə səhv gedib. Buna görə SSRİ Dövlət Radio və Televiziya Komitəsinin sədri Ə. Məmmədova töhmət verib. Lakin Y.Andropov zəng edib və bunun sadəcə bir anlaşılmazlıq olduğunu deyib. Məsələ ilə bağlı heç kimin cəzalandırılmamasını istəyib. Bir sözlə, müdirklik nümayiş etdirib. Görünür, Y.Andropov Ə.Məmmədovun peşəkarlığını bildirdi.
Lakin SSRİ-nin ilk və son prezidenti, 1985-ci ildə hakimiyyətə gələn M.Qorbaçov ağıllı, peşəkar kadrları işdən uzaqlaşdırırdı. Ancaq təsadüfi insanları özünə yaxınlaşdırırdı. Ənvər Məmmədovun milliyəti də M.Qorbaçovu qıcıqlandırırdı. Nəhayət, o, Ənvər Məmmədovu işindən uzaqlaşdırdı.
Onu xatırlayanlar Ə. Məmmədovun prosessionallığı, biliyi, mədəniyyəti, bütün məsələlərdə öz mövqeyini əks etdirən biri kimi xarakterizə edirlər

Bu xəbər oxucular tərəfindən 1251 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |