Şrift:
Latviyada minlərlə hərbi qulluqçunun iştirakı ilə təlimlər keçiriləcək
08.02.2022 [10:05] - Gündəm, Hərb
Latviyada carı ilin yay mövsümünün ortalarına qədər latviyalı və bir neçə min xarici hərbi qulluqçunun iştirakı ilə altı beynəlxalq təlim təşkil ediləcək.

Fevral və mart aylarında Latviya Milli Silahlı Qüvvələr və digər ölkələrin hərbi qulluqçuları “Saber Strike” və “Kristala bulta” təlimləri keçirəcək.

Bildirilib ki, bu ilin mayında “Swift Response”, “Summer Shield” və “Defender Europe”, iyun ayında isə “Baltops 22” təlimləri olacaq.

Qeyd edilib ki, hər bir təlimin öz məqsəd və vəzifələri müəyyən edilib. “Swift Response” təlimləri zamanı ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığı Baltikyanı ölkələrdə, Balkanlarda və Qara dəniz regionunda desant əməliyyatları üzrə təlimlər keçəcək. Latviyada “Swift Response” təlimlərində ABŞ, Polşa, Çexiya və Latviyadan olan hərbi birləşmələr iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 3787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed