08.02.2022 [10:06] - Gündəm, İqtisadiyyat
Ötən il Qəbələ rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 334 milyon 112,5 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Məhsul və xidmətlərin 74,8 faizi istehsal, 25,2 faizi isə xidmət sahələrinin payına düşüb.
Bu barədə Qəbələ rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında rayonda 104,3 milyon manatlıq sənaye, 105 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 40,7 milyon manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 1,4 faiz artıb.
2021-ci ildə informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artaraq 1 milyon 495,3 min manat, ticarət xidmətinin həcmi 18,4 faiz artaraq 77 milyon 478,4 min manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi isə 2 dəfədən çox artaraq 5 milyon 163 min manat olub.

Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |