09.02.2022 [09:53] - Gündəm, Sosial
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Baykar” şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, “INNOLAND”in rezident startapları və uğurlu startap təcrübəsi olan gənclər iştirak ediblər.
Görüş zamanı Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib. Xüsusən də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün əldə etdiyi imkanlardan danışıb.
Görüşdə, həmçinin Azərbaycanda xarici investorlar üçün yaradılan əlverişli biznes mühiti, müxtəlif ölkələrin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin tətbiqi, innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində yaradılan fürsətlər və birgə layihələr, qabaqcıl texnoparkın yaradılması istiqamətində birgə fəaliyyət müzakirə olunub.
Eyni zamanda, qonaqlar “Bilim Bakı” mərkəzində aparılan təmir-tikinti işləri ilə tanış olublar.
Mərkəzdə keçiriləcək “Bilim Azərbaycan” və “Deneyap” proqramları erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndisləri, elm adamları və innovativ sahibkarların yetişməsinə dəstək verəcək.

Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |