Şrift:
Avropada bu il 10,5 milyon yeni avtomobil satılacaq
09.02.2022 [10:15] - Gündəm, İqtisadiyyat
Cari ildə Avropa İttifaqına (Aİ) üzv ölkələrdə 10,5 milyon yeni minik avtomobilinin satılacağı gözlənilir

Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb.

Bildirilir ki, keçən il Avropada COVID-19 epidemiyası və çip böhranı səbəbindən azalan avtomobil satışları 2022-ci ildə də epidemiyadan əvvəlki səviyyədən aşağı olacaq. Çip tədarükünün stabilləşməsi ilə Avropa İttifaqında yeni minik avtomobillərinin satışları cari ildə 8 faiz artaraq 10,5 milyona çatacaq. Lakin 2022-ci ildə yeni avtomobillərin satış ilə bağlı rəqəm COVID-19 epidemiyasından əvvəlki - 2019-cu ildəki göstəricidən 20 faiz aşağı olacaq.

Tədarük problemlərinə baxmayaraq, Avropa İttifaqında satılan hər 5 yeni avtomobildən təxminən birinin elektrikli nəqliyyat vasitəsi olduğu qeyd edilib. 2017-2021-ci illərdə Aİ-də elektriklə işləyən avtomobillərin satışı 10 dəfədən çox, enerji doldurma məntəqələrinin sayı isə 2,5 dəfə artıb.

Xatırladaq ki, Avropa İttifaqı ölkələrində epidemiyadan əvvəl - 2019-cu ildə 13 milyon ədədi ötən avtomobil satışları 2020-ci ildə 9,9 milyona, 2021-ci ildə isə 9,7 milyona geriləyib.
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed