Şrift:
Alazan Baycanın “Əsərləri” çapdan çıxıb
09.02.2022 [10:25] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının V cildi – Alazan Baycanın “Əsərləri” “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, kitaba Azərbaycan mühacirət ədəbiyyatının nisbətən az tanınmış nümayəndəsi Alazan Baycanın (1913-1989) şeirləri, poemaları, alman poeziyasından tərcümələri və məktublarından örnəklər daxil edilib. Mühacir şairin ədəbi irsi kitab halında Vətənində ilk dəfə nəşr olunur.

Seriyanın baş redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. Cildin tərtibçisi, “Ön söz” və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

Hazırda İnstitutda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının növbəti cildləri üzərində işlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed