10.02.2022 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yaponiyanın Baş naziri Fumio Kişida İranın nüvə razılaşması ilə əlaqədar iştirakçı ölkələr arasında 2015-ci ildə başlayan danışıqların tezliklə bərpa olunacağına ümid edir.
Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə o, İran prezidenti İbrahim Rəisi ilə fevralın 9-da baş tutan telefon danışığı zamanı bildirib. Qeyd edilir ki, bu, F.Kişida ötən ilin oktyabrında Baş nazir seçildikdən sonra tərəflər arasında keçirilən ilk telefon danışığı olub.
Danışıqlar zamanı liderlərin ABŞ və İran arasında fevralın 8-də başlayan və nüvə razılaşması ilə bağlı qeyri-birbaşa müzakirələr barədə fikir mübadiləsi apardığı bildirilir.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar keçmiş Prezident Donald Trampın 2018-ci ildə ölkəsinin birbaşa danışıqlardan çıxmasını elan etməsindən sonra Avropa İttifaqı vasitəsilə aparılır. Həmin hadisədən sonra İran nüvə tədqiqatlarını sürətləndirib.
Telefon danışığı zamanı Yaponiyanın Baş naziri ölkəsinin 2015-ci il razılaşmasını dəstəklədiyini bildirib.
İki ölkənin liderləri məsələ ilə bağlı əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Tərəflərin Yaxın Şərqdə vəziyyət, həmçinin Yəməndə vətəndaş müharibəsi barədə də fikir mübadiləsi apardıqları qeyd edilir.

Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |