01.11.2011 [06:57] - Müsahibə, Güney Azərbaycan-Təbriz
“Milli Hərəkat elə bir anlamdır ki, onun qarşısını top-tüfənglə, ordu ilə almaq qeyri-mümkündür”
“Süni şəkildə lider olmaq xəstəliyi milli hərəkata qarşı daxildən vurulan ən böyük xəyanət deməkdir”
2011-ci il Güney Azərbaycanın Urmu gölü ətrafında yaranmış ekoloji problemlər böyük bir milli hərəkatın daha da güclənməsinə səbəb olan ən mühüm faktorlardan birinə çevrilmişdir. Demək olar ki, Güney Azərbaycanın hər yerində, eləcə də xarici dövlətlərdə Milli Hərəkatımız uğrunda mübarizə aparan soydaşlarımız da bu etiraz hərəkatında fəal iştirak etmişlər. Bu yöndə aparılan mübarizədə liderliyi öz üzərinə götürmüş professor Qulamrza Səbri Təbrizi ilə görüşərək proseslərin hansı məcrada davam etməsinin və Urmu gölü probleminin necə həll olunacağı barədə onun fikirlərini öyrənməyə çalışdıq.
- Qulamrza müəllim, Urmu gölü ilə bağlı Umru, Sulduz, Xoy, Təbriz, Mərənd, Ərdəbil, Meşkin, Zəngan, Həmədan, Qəzvin, Ələmdar, Qoşaçay, Savə və digər şəhərlərdə çox böyük səviyyədə etiraz dalğası oldu. Güney Azərbaycan türkləri gölün qurudulması siyasətinə qarşı bundan sonra da etirazlarını davam etdirəcəklərini bildirmişlər. Buna sizin münasibətiniz necədir?
- İlk öncə onu qeyd etmək istərdim ki, Urmu gölü elə bir strateji coğrafi bölgədə yerləşir ki, bunun Güney Azərbaycan insanları üçün çox mühüm əhəmiyyəti var. Belə ki, gölün çevrəsindəki bölgələrdə toplam 15 milyona yaxın Azərbaycan türkləri yaşayır. Digər tərəfdən isə Urmu gölü ətrafındakı bağlarda və tarlalarda yetişən məhsullar özünün keyfiyyəti və dəyəri ilə dünyada çox məşhurdur. Orta Şərq, Qafqaz, Türkiyə, ABŞ, Kanada, Rusiya və Avropa dövlətlərinin bazarlarında ən çox satılan meyvə və bostan bitkiləri məhz Urmu gölü ətrafındakı bağların məhsullarıdır. Təbrizin bildiyiniz kimi əhalisinin sayı 3 milyondan artıqdır. Bu şəhərin insanları demək olar, hər həftənin istirahət günü Urmu gölü ətrafındakı çəmənzarlırlarda, bağlarda, ormanlarda ailəlikcə dincəlirlər. Elə mən özüm 50-60 il öncə uşaqlıq çağlarımda Urmu gölünün ətrafında boya-başa çatmışam. Burada yaşıl çəmənlikdə, təbiətin qoynunda bir günlük istirahətimiz bizim üçün bir həftəlik enerji toplamağımız demək idi. İndi təsəvvür edin, hər həftə onminlərlə təbrizli həftədə bir dəfə burada istirahət etdiyində nə kimi enerji əldə edirdilər, turizm mənasında bölgəyə nə qədər maddi gəlir gətirirdi. İndi Urmu gölünün qurudulması siyasəti Tehran rejiminin Güney Azərbaycan türklərinə olan münasibətinin bir daha təsdiqi kimi başa düşülməkdədir. Yüzminlərlə ailələr onların təbii həyat mənbəyinin məhv edilməsinə etiraz əlaməti olaraq öz səsini ucaltmağa məcbur olmuşdur. Bu da öz növbəsində Milli Hərəkatımıza çox böyük mənada təkan vermişdir.
-Bəs bu gün Urmu gölünün qarşılaşdığı ekoloji böhranın miqyası nədən ibarətdir?
- Qeyd etmək lazımdır ki, bölgənin iqtisadi gəlirləri ildə ən azından 40-50 milyard dollar arasında ola bilər. Ancaq, 1925-ci ildə Rza Pəhləvi rejimi tərəfindən əsası qoyulmuş “Güney Azərbaycan regionlarının iqtisadi siyasət doktrinası” indi din pərdəsinə bürünmüş fars şovinist siyasətinin nəticəsi olaraq müxtəlif problemlərə dayanıqlı şəkildə böhranla üzləşibdir. Tehrandan yönləndirilən bu siyasətin əsas məqsədi insanların ağır sosial-iqtisadi həyat şərtlərinə dözməyərək ya farslara məxsus bölgələrə miqrasiya edərək orada farslaşması, ya da xairici ölkələrə köçüb getməsindən ibarətdir. Halbuki, bu siyasət nə pəhləvilər rejimi zamanında, nə də son 32 ildə teokratik rejim tərəfindən aparılan antritürk hədəflərə nail ola bilmədiyi üçün, bölgənin strateji nöqtəsi olan Urmu gölünün qurudulması taktikasından istifadə etməyə çalışılıbdır. Bunun ağır fəsadlarını görmək heç də çətin məsələ deyil. İndi Urmu gölünün quruması səbəbindən bitki aləmi, quşlar və heyvanların zərər çəkməsi müşahidə olunur. Daim əsən küləklərə görə duz tozları otlaqları, meyvə bağlarını və meşələri qurutmağa başlayıb. Bu da öz növbəsində total şəkildə iri torpaq sahələrinin şoranlaşmasına səbəb olmuşdur. Təqribi hesablamalara görə Urmu gölünün tədricən quruması səbəbindən bölgəyə 15-20 milyard dollar həcmində zərər dəymişdir. Bütün bunlardan qəzəblənən xalqımız ayağa qalxaraq etiraz səsini ucaltdığına görə Tehran rejimi tülkü kimi qorxusundan bir neçə milyon dollar vəsait ayırmaqla aldatma taktikasına üz tutub. Guya gölün quruması və ətraf mühitdə yaranmış ekoloji böhranın qarşısını bu azacıq vəsaitlə almaq mümkün olacaq. Əslində Urmu gölünə axan su mənbələrinin tədricən qarşısının alınması, heç bir səbəb olmadan digər bölgələrdə süni şəkildə rezervuarların yaradılması siyasəti sayəsində bu böhranlar baş vermişdir.
- Professor, bizim müşahidələrimizə görə Urmu gölü ilə bağlı yaranmış ekoloji fəlakət həm də siyasi proseslərə təkan vermişdir.
- Tehran rejimi unudur ki, indi qloballaşma siyasəti elə sürətlə inkişaf edir ki, onun qarşısını almaq qeyri mümkündür. İnsanların həyata və dünyaya baxışları da dəyişir. İndi hər şeyi gizlətmək qeyri mümkündür. Güney Azərbaycanda, xüsusilə Urmu gölü çevrəsində yaşayan insanlar tarix boyu milli hərəkatda çox aktiv olmuşlar. Burada heç kim milli hüquqların pozulmasına qarşı yönəldilən siyasətə, ana dilində təhsilin yasaq edilməsinə və həyati əhəmiyyət daşıyan Urmu gölünün qurudulmasına dözmək fikrində deyil. İndi fars şovinizmi siyasətinin hansı fəsadlara səbəb olacağını insanlar daha çox dərk edirlər. Heç bir xalq bunca ona qarşı yönəldilən bu zülm və işgəncələrə dözə bilməz. Yüzminlərlə insan Güney Azərbaycanda elə bu səbəbdən ayağa qalxdı. Bu etiraz hərəkatı təkcə bölgədə deyil, bütün dünyada böyük bir dəstək qazandı. Tehran rejimini qorxuya salan səbəblərdən biri də bu hərəkatın daha da genişlənməsi və böyüməsidir. Siz bir diqqət edin, İran parlamentində fars deputatlar görün nə təklif edirlər: “Urmu gölü ətrafında baş verən ekoloji durumun ağır olması səbəbindən problemin həlli üçün büdcədən milyardlarla vəsait ayırmağa məcburuq. Ancaq, daha az vəsait sərf etməklə orada yaşayan insanları İranın farslara məxsus regionlarına köçürmək lazımdır”. Bunca Güney Azərbaycan türklərinə qarşı həqarətli və təhqiranə münasibət parlamentin kürsüsündən səsələndirilirsə, onda görün Tehranın rəsmi fars şovinizminin məkrli siyasətinin dərin qatlarında daha nələr gizlənmişdir. Elə həmin parlamentdə rejimi daim müdafiə edən Azərbaycan türkü olan deputatlar isə fars şovinist siyasətinə haqlı olaraq öz etirazlarını bildirmişlər. Bu da öz növbəsində Güney Azərbaycan insanlarının haqlı tələblərinə böyük bir dəstək deməkdir. Bizim müşahidələrimizə görə, indi Güney Azərbaycanda Tehranın şovinist siyasətinə qarşı nəinki sadə insanlar, ziyalılar, artıq yerli məmurlar, əsnaflar, işadamları belə açıq şəkildə etiraz səslərini ucaltmağa başlayıblar. Orta Şərq dövlətlərində baş verən inqilabi proseslərin nəticəsində diktator rejimlərinin necə çökməsi də Güney Azərbaycana öz təsirini göstərməkdədir. Quzey Azərbaycanda dövlət müstəqilliyinin 20 illiyinin təntənə ilə qeyd olunması Güney Azərbaycanda böyük bir millətin müstəqil şəkildə yaşamasına olan ümidləri daha da artırıb.
- Güney Azərbaycanda siyasi proseslər belə bir inkişaf sürətini götürdüyü halda, indiki məqamda daha hansı problemlər mövcuddur?
- Məni ən çox düşündürən və narahat edən problemlərdən biri də milyonlarla insanların milli mübarizəyə qoşulduğu bir ərəfədə Güney Azərbaycanın istiqlalı adına bu hərəkata qoşulmuş bir sıra təşkilatların Tehran rejiminin siyasi maraqları çərçivəsində hərəkət etməsidir. Onların istər xaricdə, istərsə də Güney Azərbaycanın özündə milli hərəkatın önündə gedənləri ləkələmək, müxtəlif siyasi cəmiyyətlər arasında süni şəkildə intriqalar yaratmaları buna örnəkdir. Avropada milli diasporamıza daxil olan təşkilatların Güney Azərbaycanla bağlı etiraz hərəkatının güclənməsi fars şovinizmi rejiminin dərhal hərəkətə keçməsinə səbəb olmuşdur. Bizim əlimizdə olan məlumatlara görə, İranın maliyyə dəstəyilə Güney Azərbaycanın adına süni təşkilatlar yaradılır və onların əlilə milli hərəkatımıza qarşı sarsıdıcı zərbələrin vurulması hədəfləri gündəmə gətirilməkdədir. Bunun Azərbaycanda, Türkiyədə, Avropada izlərini görmək indi heç kimə sirr deyil. Mən uzun illərin təcrübəsinə arxalanaraq, bir alim kimi, ağsaqqal olaraq intriqalarla məşğul olanlara müraciət edərək bildirirəm ki, bütün bunlara son qoyun. Güney Azərbaycan milli hərəkatının qarşısını bu niyyətlərlə almaq mümkün olan iş deyil. Məşrutə, Xiyabani və 21 Azər hərəkatları zamanı da intriqabazlar olmuşlar. Ancaq, onlar həmin proseslərdə daim uduzmuşlar. 23 Bəhmən İnqilabı zamanı milli hərəkatımıza vurulan sarsıdıcı yaralardan ibrət götürmək lazımdır. Bizlər bir millət olaraq bunun fəsadlarını hamılıqla yaşamağa məcbur edilmişik. Süni şəkildə lider olmaq xəstəliyi milli hərəkata qarşı daxildən vurulan ən böyük xəyanət deməkdir.
- Sizin fikrinizcə, Güney Azərbaycanda inkişaf etməkdə olan milli hərəkatımız əvvəlki proseslərdən dərs götürə biləcəkmi?
- Mən bütün varlığımla inanıram ki, Güney Azərbaycan Milli Hərəkatı çox sürətlə inkişaf edir. Çünki, dünyanın qlobal siyasətində oyun qaydaları indi tamamilə dəyişib. Siyasi şərtlər kimi millətlərin hüquqları, milli kimlik və ana dilində təhsil almaq və mədəni hüquqlara çox həssaslıqla yanaşılır. Urmu gölü ətrafında yaranmış ekoloji problemlərə görə bütün Güney Azərbaycan ayağa qalxdı. Tehranın fars şovinist siyasətini müdafiə edən xüsusi cəza orduları bu etiraz hərəkatını ilk dəfə olaraq gülləbaran etməkdən, qan tökməkdən qorxdu. Bu da insanlarda rejimin qəddar siyasətinin tədricən çökməsi kimi qəbul edildi. İndi Güney Azərbaycanda sosial şəbəkələr elə sürətlə inkişaf edir ki, Tehran rejimi bunun qarşısını almaqda çox acizdir. Bütün dünyada Güney Azərbaycan türklərinin tribunası olaraq fəaliyyət göstərən “GünAzTV” kanalının yayımına və digər KİV-lərə qarşı qoyulan yasaqlar informasiya savaşının qarşısını ala bilmir. İnformasiya texnologiyalarının inkişaf sürəti elə bir həddə çatıbdır ki, totalitar rejimlər onun qarşısında acizdirlər. Məni sevindirən məqamlardan biri də, Güney Azərbaycan milli hərəkatının intellektual səviyyəsinin inkişaf etməsidir. Milli Hərəkatımızın tarixini bilən bir mütəxəssis kimi onu da qeyd etmək istərdim ki, indi bu prosesi hansısa xarici güclərin maraq çərçivəsinə ala bilməməsidir. Tarixdə bu yöndə çoxlu cəhdlər olmuşdur. Nəticədə həmin güclər Güney Azərbaycanda baş vermiş inqilablara və Milli Hərəkata özlərinin strateji maraqlarına uyğun şəkildə arxadan böyük zərbələr vurmuşlar. İndiki məqamda meydanda sadəcə Tehran rejimi var. Bizlər çox yaxşı başa düşürük ki, fars şovinist siyasətinin qarşısını almaq, millətimizə qarşı uzun illər boyu yürütdüyü siyasətləri necə durdurmağın, bunun strateji hədəflərinin texnologiyalarını da ictimai fikirdə tətbiq edirik. Milli Hərəkat elə bir anlamdır ki, onun qarşısını top-tüfənglə, ordu ilə almaq qeyri mümkündür. Urmu gölü uğrunda ayağa qalxan Güney Azərbaycan türkləri indi heç nədən çəkinmədən Milli Hərəkatın yanında durmaqla öz hüquqlarının mübarizəsinə qoşulmaqla bütün problemlərinin həll olunacağına indi daha çox inanır. Bu bizim bir millət olaraq gücümüzün təsdiqidir.
Söhbətləşdi: Ənvər YUSİFOĞLU

Bu xəbər oxucular tərəfindən 1841 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |