10.02.2022 [10:38] - Gündəm, Mədəniyyət
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq işləri davam edir. Abadlıq-quruculuq işlərinin ikinci mərhələsində bitkilərə xüsusi diqqət yetirilərək əkin olan torpaq sahələri gübrələnir, əkilmiş bitkilərə aqrotexniki qulluq göstərilir, xəstəlik və ziyanvericilərə qarşı mübarizə üçün xüsusi tədbirlər görülür. Həmçinin torpaq səthinin hamarlanması, alaq otlarının təmizlənməsi, qış ayılarına uyğun olaraq ağacların budanması prosesləri həyata keçirilir. Bütün sadalanan aqrotexniki işlər bitkilərin sağlam böyüməsi üçün önəmli faktordur.
Bu barədə Mərkəzi Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, bağda bitki kolleksiyasının artırılması istiqamətində də müəyyən işlər görülür. Belə ki, dərman bitkiləri sahəsində gənc alimlərin iştirakı ilə acı yovşan (Artemisia absinthium) növünün toxum səpini başlanılıb.
Gənc alim Aynur Ərəbzadə qeyd edib ki, acı yovşan bitkisi orqanizmdə iltihab yaradan infeksiyaları öldürür, bir çox sinir xəstəlikləri, qurd, yuxusuzluq, maddələr mübadiləsi pozğunluğunu sağaldır. Bu bitki qədimdən ən ağır xəstələrin qısa müddətdə ayağa qalxmasına yardım edən dərman otu kimi tanınıb. Yovşanla müalicə həzm, bağırsaq, cinsi və uroloji xəstəliklərdən xilas edə bilər.

Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |