Şrift:
Bakıda “Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransı” keçirilir
10.02.2022 [10:44] - Xəbərlər, Siyasət
Fevralın 10-da Bakıda "Milli Qoşulmama Hərəkatının Modeli Simulyasiyası" konfransı keçirilir.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Azərbaycan Milli Bölməsinin təşkilatçılığı ilə ADA Universitetində keçirilən tədbirdə iştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri rolunu oynayaraq real dünya problemlərini öz ölkələrinin siyasi perspektivləri ilə həll etməyə çalışacaqlar.

Konfransda xarici işlər naziri Ceyhun Bayramov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA-nın prorektoru Fariz İsmayılzadə və digər rəsmi şəxslər iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed