10.02.2022 [10:48] - Xəbərlər, Siyasət
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini təşkilatın təməl prinsipləri olan tarixi Bandunq prinsipləri üzərində qurub. Azərbaycanın bu təşkilatda fəal rolu və sədrliyi həm üzv dövlətlər, həm də beynəlxalq təşkilatlarda tərəfindən yüksək qiymətləndirilir.
Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov fevralın 10-da "Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası" konfransında çıxışı zamanı deyib.
Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platforma olduğunu qeyd edən nazir bu tədbirin təşkilinə görə ADA Universitetinin rəhbərliyinə, həmçinin konfransda iştirak etdikləri üçün Hərəkata üzv dövlətlərinin Bakıdakı səfirlərinə təşəkkürünü bildirib.
Ceyhun Bayramov qeyd edib ki, bu tədbir gənclərin gələcəyin liderləri kimi beynəlxalq münasibətlərin qurulması barədə məlumat almaları baxımından gözəl təcrübə olacaq.
“Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində irəli sürülən təşəbbüslərə xüsusi diqqət yetirir. Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər təşkilatın prinsiplərinə uyğun olaraq qəbul edilib və təqdirəlayiqdir”, - deyə nazir əlavə edib.

Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |