Şrift:
Əmək Partiyasının rəhbəri Rəisi hökumətini sərt tənqid etdi: "Yoxsulluq dilənçilik səviyyəsinə çatıb"
10.02.2022 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu barədə mediaya verdiyi müsahibədə bildirib.

“Hökumətin fəaliyyətindən çox təəssüflənirəm. İşçilər uşaqlarına çörək tapmamaq qayğısı ilə, daima qorxu içində yaşayırlar?”-deyə, Kamali bildirib.

Onun dediyinə görə, bu gün İran cəmiyyətinin əksəriyyəti ya yoxsulluq həddində yaşayır, ya da yoxsulluq həddinə yaxındır və ölkədəki ağır iqtisadi duruma görə orta təbəqə yox olub.

“Hal-hazırda İranda kapitalzmin ən iyrənc formasının şahidiyik.

Verilən vədlərin hamısı boş şüarlardan ibarətdir. İbrahim Rəisi hökumətinin ən böyük işi ölkədə yoxsulluq səviyyəsini dilənçilik səviyyəsinə çatdırmaqdan ibarət olub”-deyə, partiya başçısı bildirib.

Qeyd edək ki, Əli Kamali bundan öncəki hökumətlərdə nazir və başqa bir neçə yüksək vəzifədə çalışıb.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed