10.02.2022 [11:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Aİ təmsilçisi Ermənistanda “status, sərhədlər məsələsi və Dağlıq Qarabağda bir sıra problemlər” sözlərini dilə gətirib; ekspertlərdən fərqli baxış - Murad Sadəddinov: “Əminəm ki, Ermənistan mətbuatı belə təqdim edib”
Avropa İttifaqının təmsilçisi kimi İrəvanda səfərdə olan Avstriya xarici işlər naziri Aleksandr Şallenberq ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Aİ, ATƏT-in Minsk Qrupu İrəvana və Bakıya məsələlərin həllində kömək etməyə hazırdır, amma bu köməyi qəbul etməyi hər iki tərəf istəməlidir.
“Yeni Müsavat” yada salır ki, Aİ nümayəndəsi “status, sərhədlər məsələsi və Dağlıq Qarabağda bir sıra problemlər” sözlərini dilə gətirib. Şallenberq İrəvana və Bakıya müraciətində bildirib ki, beynəlxalq birlik tərəflərin siyasi iradəsini əvəz edə bilməz: “Beynəlxalq birliyə həm İrəvan, həm Bakı, həm azərbaycanlılar, həm ermənilər, həm də onların bu istiqamətdə irəliləmək üçün iradə nümayiş etdirməsi lazımdır. Biz bilirik ki, yaralar hələ sağalmayıb, problemlər var - status məsələsi, sərhədlər məsələsi və Dağlıq Qarabağda bir sıra problemlər. Məndə belə bir təəssürat yaranıb ki, ötən yaydan fərqli olaraq, düzgün istiqamətdə addımların atılması müşahidə olunur. Biz, beynəlxalq birlik kimi, yalnız yolun bir hissəsini sala bilərik. Mən hazırda düzgün addımların atılmasına hazırlıq görürəm. Bu, cəsarət tələb edir və hər iki ölkənin liderlərinə lazımdır”.
Çox maraqlıdır, belə rəsmi şəxsin artıq bizim üçün müzakirə mövzusu olmayan status və sərhədlər məsələsini yersiz dilə gətirməsinə niyə rəsmi Bakı reaksiyasız qalıb? Avropa İttifaqı rəsmiləri niyə adətən Bakıda bir mövqe, İrəvanda fərqli mövqe sərgiləyirlər? İlk dəfə deyil ki, ikibaşlı yanaşmanın şahidi oluruq, Bundan qabaq da Aİ yetkililərinin Ermənistanda bir, Azərbaycanda başqa söz dediklərini nümunə gətirə bilərik. Sanki bununla neytrallıq nümayiş etdirir, tərəflərin xətrini xoş etmək istəyirlər. Halbuki ötən həftənin sonu Aİ Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən videoformat görüşündə nə status mövzusu gündəmə gəldi, nə də Dağlıq Qarabağ ifadəsi... O halda Avstriya XİN başçısı niyə özünə əl qatıb? Vyananın Qarabağda “status”a nail olunub-olunmaması hansı əhəmiyyəti kəsb edir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev belə bəyanatları ciddiyə almağın tərəfdarı deyil: “Çünki bu cür bəyanatlarla onlar nəyisə dəyişmək gücündə olmayacaqlar. Ancaq məsələnin aydınlaşdırılması üçün bizim XİN-in bəyanat verməsi lazımdır. O vaxt ATƏT-in adı ATƏM gedirdi. Onlara müraciət etmişdik ki, Azərbaycana qarşı olan işğal faktını aradan qaldırsınlar. Bizim müraciətimizə görə onlar prosesə qoşuldular və ATƏT-in Minsk Qrupunu da buna görə yaratdılar. Təəssüflər olsun ki, uzun müddət ərzində hansısa yeniliyə imza ata bilmədilər. Prosesi bizim özümüz həll etdik. Hazırda heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Bizim daxilimizə aid olan məsələləri özümüz həll edirik. Beynəlxalq hüquqa söykənən davranışlarımız ortadadır”.
Partiya sədri hesab edir ki, Ermənistanla Azərbaycan arasında olan sərhəd məsələsinin keçmişdə olmuş Qarabağ adlı münaqişə ilə heç bir bağlılığı yoxdur: “İki ölkənin arasında olan məsələdir. Sərhədlər mütləq dəqiqləşməlidir. Ermənistan tərəfdən sərhədlərdə hər hansı provokasiya olursa, bunu mütləq mənada yeni müharibəyə təhrik edən provokasiya kimi qiymətləndirməliyik. O qurumlar Ermənistana yalnız bu mövzuda təsir edə bilərlər ki, bölgədə vəziyyəti gərginləşdirməsin. Azərbaycanın daxilində məsələ həllini tapıb. Bizim çağırışımız olmadan bu işə kimsə qarışa bilməz. Status məsələsi isə ümumiyyətlə müzakirə mövzusu deyil. Bununla bağlı Azərbaycan rəhbərliyi dəfələrlə öz mövqeyini ifadə edib”.

Emil SALAMOĞLU /“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |