10.02.2022 [14:26] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Tərtər işi” ilə bağlı yeni faktlar ortaya çıxıb.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Məlumatda qeyd olunub ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.
Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib. Məlumatda həmçinin istintaq prosesinin davam edirildiyi də bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılır.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Tərtər işi” ilə bağlı Cebhe.info-ya açıqlamasında bu məsələyə ilk reaksiya verənlərdən olduğunu deyib:
“O vaxt da demişdim ki, bu məsələ ilə bağlı yeni istintaq qrupu yaradılmalı, aydınlaşmalar aparılmalıdır. Belə də oldu, bir istintaq komisiyyası yaradıldı və məsələ yenidən aydınlaşdırılır. Hesab edirəm ki, artıq burada bütün məqamlar üzə çıxarılacaq. Bizim təbii ki, mövqeyimiz dəyişməzdir. Orduda bir nəfər əgər xəyanət edibsə, ən ağır şəkildə cəzalandırılmalıdır. Yox, əgər hansısa əsgər bir təzyiqə məruz qalıbsa, təhqir olunubsa, onu edənlər də ən ağır cəzaya məruz qalmalıdır. Çox obyektiv bir aydınlaşma olmalıdır. Hesab edirəm ki, artıq məsələ kifayət qədər cəmiyyətin də, hakimiyyətin yuxarı elitasının da nəzarətindədir. Orduda da yeni generalitet iş başına gəlib. Onlar da maraqlıdır ki, bu məsələ aydınlaşdırılsın. Düşünürəm ki, bu məsələdə heç bir qaranlıq məqam qalmayacaq. Belə məsələləri də gizlətmək olmaz. Harada “qanqrena” varsa, onu kəsib atmaq lazımdır. Bunun mənəvi baxımdan orduya da, cəmiyyətə də, gələcəkdə vətənpərvərlik məsələlərinə də təsiri var. “Tərtər işi”ndən çox obyektiv bir sonluq gözləyirəm”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |