06.01.2013 [00:54] - DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)
Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra (1991) milli ideologiyanın müəyyənləşməsi ilə bağlı axtarışlar başlasa da, bu günə qədər ideoloji məsələlərdə mövcud olan boşluqlar öz yerini doldura bilmədiyi üçün, məsələnin tədqiqi öz aktuallığını qoruyub saxlayır. Ötən 20 il ərzində Azərbaycan cəmiyyəti daxilində müxtəlif ideologiyalara - azərbaycançılıq, türkçülük, millətçilik, islamçılıq və s. meyillər olsa da, həmin ideologiyalardan heç biri, hələlik tələb olunan səviyyəyə çata bilməmişdir. Bir sözlə, indiyə qədər, bu problemin həlli istiqamətində edilən cəhdlər, demək olar ki, öz məntiqi sonluğuna çatmamışdır. Əksinə, illər ötdükcə milli ideologiya problemi cəmiyyətin müxtəlif təbəqələrində daha geniş şəkildə müzakirə olunur və bu problemin həlli istiqamətində yeni-yeni mülahizələr, fikirlər ortaya atılır. Bu problemin öz qəti həllini tapa bilməməsinin nəticəsidir ki, milli ideologiya sahəsindəki boşluqlardan istifadə edərək hər hansı kiçik qrup və ya bir neçə nəfər öz şəxsi maraqlarını milli ideologiya kimi qələmə verirlər.
Ümumiyyətlə, Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixində milli ideologiya problemini aktuallaşdıran başlıca məsələləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Sovetlər Birliyinin dağılması ilə meydana çıxan ideologiyalar - azərbaycançılıq, millətçilik, türkçülük, islamçılıq, modernləşmə və b. haqqında elmi ədəbiyyatlarda müəyyən qədər bəhs olunsa da, milli ideologiyanın mahiyyətinin, mənasının izahı baxımından həmin ideologiyaların əsasən, oxşar və fərqli cəhətləri açılmamış qalmışdır. Bu məsələlərə həsr olunmuş ədəbiyyatlardan tam şəkildə aydın olmur ki, azərbaycançılıq, türkçülük, millətçilik, islamçılıq, vətənçilik və s. hansı cəhətlərinə görə bir-birini inkar və ya iqrar edir. Əgər bütün bu ideologiyalar - azərbaycançılıq «Azərbaycan», millətçilik «millət», türkçülük «türk», vətənçilik «vətən», islamçılıq «islam» və b. adlara uyğun anlayışlar əsasında yaranıbsa, onda belə çıxır ki, həmin ideologiyaların mahiyyət, məna və məzmunu deyil, ancaq hansı adla adlandırılması mühüm əhəmiyyət kəsb etmişdir. Əslində isə ayrı-ayrı adlarla ifadə olunan bu ideologiyaların əksəriyyəti mahiyyəti, məzmun və formasına görə, ciddi şəkildə bir-birindən fərqlənmirlər. Bu günün özündə də azərbaycançılığı, millətçiliyi, islamçılığı, vətənçiliyi, türkçülüyü və başqalarını eyniləşdirənlər var. Deməli, hazırda milli ideologiyanın müəyyənləşməsində əsas problem mövcud ideyalardan birinin seçilərək yerdə qalanların tamamilə inkar edilməsi deyil, həmin ideyalardan konkret hansının aparıcı mövqeyə malik olması və başqalarını öz ətrafında birləşdirə bilməsi ilə bağlıdır. Hansı ideyanın aparıcı və birləşdirici mövqeyə malik ola biləcəyi məsələsinə gəldikdə, hər hansı bir ideyanı (azərbaycançılıq, türkçülük və b.) müdafiə edənlər müxtəlif arqumentlər irəli sürürlər. Bu zaman müəyyən bir ideyanı müdafiə etmək, əsaslandırmaq üçün ortaya atılan mülahizələr çox vaxt tarixilik, elmilik, fəlsəfilik və sairdən uzaq olur. Bu baxımdan bugünkü ədəbiyyatda həmin ideologiyaların tarixi, elmi-fəlsəfi təhlilinin verilməsi zəruridir. Fikrimizcə, milli ideologiyanın hədəfini müəyyənləşdirərkən adın cazibəsindən daha çox ideyanın mahiyyəti, o cümlədən millətin keçmişlə bağlı milli mənəvi dəyərlər və onu inkişafa aparacaq xüsusiyyətlər nəzərə alınmalıdır. Bu zaman milli ideologiyanın təkcə adı, forma və məzmunu baxımından genişliyi və hərtərəfliyi deyil, mənşəyi, təşəkkülü və təkamülü də düzgün müəyyənləşdirilməlidir.
2. Mövcud ideologiyalardan hər hansı birinin Azərbaycan xalqı arasında arzu olunan səviyyəyə qalxmamasının səbəblərindən biri də həmin ideologiyaların hansı ideyalardan qaynaqlanmaları, daha doğrusu, onlarda millətin mənəvi dəyərlərinin hansı şəkildə öz əksini tapması və milli sərvətlərin xalqa necə təqdim olunması və s. ilə bağlıdır. Şübhəsiz, hər bir xalqın milli ideologiyası özünəməxsusluğu ilə seçilməli, millətin həyatında müstəsna rol oynamalıdır. Milli ideologiya kimi irəli sürülən hər hansı bir ideyanın ölkədə yaşayan vətəndaşların əksəriyyəti tərəfindən qəbul edilməsi üçün sayca çoxluq təşkil edən millətin mənəvi dəyərləri - onun mənşəyi, mədəniyyəti, dili, adət-ənənələri, dini-fəlsəfi dünyagörüşü geniş və aydın şəkildə cəmiyyətə izah edilməli, həmin millətlə azlıqda qalan etnik qruplar arasında sosial, siyasi, mədəni, iqtisadi, dövlətçilik və s. əlaqələr göstərilməlidir.
Ən başlıcası isə Azərbaycan xalqının etnogenezi, dili və bu xalqın formalaşması, «Azərbaycan» sözünün izahı, Azərbaycan xalqının islamaqədərki və sonrakı dini-fəlsəfi dünyagörüşü məsələlərinə elmi-fəlsəfi baxımdan aydınlıq gətirilməlidir. Çox təəssüflər olsun ki, Sovetlər Birliyi dövründə ideolojiləşdirilən bu məsələlərə müstəqillik dövründə də «Azərbaycan tarixi», «Azərbaycan ədəbiyyatı tarixi», «Azərbaycan fəlsəfəsi tarixi», «Azərbaycan dili tarixi» və s. kitablarda, eləcə də bu mövzuya həsr edilmiş bir çox monoqrafiyalarda həmin yöndən yanaşılaraq elmlilik və oybektivlik yenə də unudulur. Halbuki, Sovetlər Birliyindən xilas olan və özünü Azərbaycan Cümhuriyyətinin varisi elan edən bir millət üçün, ilk növbədə, həqiqi elmi problemlərlə ideoloji «elmi problemlər» bir-birindən fərqləndirilməli idi. Yəni sonuncu «elmi problemlər» SSRİ-nin ideoloji təxribatı, imperiya maraqları kimi cəmiyyətə izah olunaraq tarixin arxivinə atılmalı idi. Fikrimizcə, bu məsələnin obyektiv şəkildə elmi həlli də aktual məsələlərdən biri olaraq qalmaqdadır.
3. Milli ideologiya probleminin öyrənilməsini aktual edən səbəblərdən biri də, Azərbaycanda milli ideologiyanın təşəkkülündə və inkişafında Şərq və Qərb nəzəriyyələrinin yeri və rolu məsələsidir. Şərq-Qərb problemi həm milli ideologiyanın təşəkkülündə, həm də inkişaf mərhələlərində çox mühüm yerlərdən birini tutmuşdur. Əgər milli ideologiyanın təşəkkülü və formalaşması məsələlərində islam Şərqi, o cümlədən Azərbaycan türk mədəniyyəti və milli mənəvi dəyərlər birinci və başlıca təmayüldürsə, Qərb mədəniyyəti və modernləşmək ikinci bir istiqamətdir. Milli ideologiyanın təşəkkül və inkişaf mərhələlərinə nəzər saldıqda görürük ki, bu iki axın-cərəyan vaxtilə onun formalaşmasına bu və ya digər dərəcədə təsir göstərmiş və indi də göstərməkdədir. Bu baxımdan milli ideologiyadan danışarkən çağdaş dünyanın liberalizm, demokratikləşmə, modernləşmə və s. kimi ideyalarından, eləcə də islam Şərqi mədəniyyətindən istifadə olunmalıdır. Ümumilikdə, milli ideologiya həm millətin mədəniyyətinə, dilinə, dininə, adət-ənənələrinə, psixologiyasına, həm də bəşəri dəyərlərə, o cümlədən demokratikləşməyə, sosial bərabərliyə, modernləşməyə və b. zidd olmamalıdır.
4. Hazırda milli ideologiyanın nə vaxt təşəkkül tapması məsələsində də bir-birinə tamamilə zidd fikirlər irəli sürülür ki, bu da, problemin öyrənilməsini aktuallaşdırır. Maraqlıdır ki, mövcud olan elmi, fəlsəfi, siyasi, sosioloji və s. ədəbiyyatlarda Azərbaycanda ideologiyanın miladdan öncə yarandığını iddia edənlər və az qala onun 15-20 il bundan öncə formalaşdığını irəli sürənlər də var. Bu isə onu göstərir ki, milli ideologiyanın təşəkkülündə konkret olaraq hansı ideyanın əsas kimi götürülməsindən, həmin ideyanın məna və məzmunundan çox asılıdır. Azərbaycan xalqının milli ideologiyası kimi vahid ideya olaraq «Azərbaycan», «türk», «millət», «vətən», «islam» və digər hər hansı bir, yaxud da bir neçə ideyanı qəbul etmək, onun yaranma tarixini nə qədər irəliyə və yaxud geriyə çəkə bilər. Məsələn, «Azərbaycan» ideyasını əldə rəhbər tutan bəzi ideoloqlar azərbaycançılıq ideologiyasının müstəqilliyimizin bərpasından sonra, başqaları XIX əsrin sonu - XX əsrin əvvəllərində, bir qismi XVI əsrdə, digərləri VIII-X əsrlərdə, bir qrup isə hətta e.ə. IV əsrdə yarandığını iddia edirlər.
5. Milli ideologiya probleminin öyrənilməsini aktuallaşdıran faktorlardan biri də dövlətçilik ideologiyası ilə bağlılığıdır. Çünki hər bir xalqın milli ideologiyası ilk növbədə, vətəndaşların öz dövlətinə nə dərəcədə bağlı olması ilə müəyyənləşdirilir. Çox təəssüflər olsun ki, bu gün Azərbaycan cəmiyyətində həmin məsələ ilə bağlı ciddi qüsurlar var. İstər yaşlı, istərsə də gənc nəslin dövlətçilik tarixi ilə bağlı bilikləri, dövlət rəmzlərinə olan münasibətləri və s. istənilən səviyyədə deyil. Şübhəsiz, bunun üçün dövlətçilik ideologiyasının mahiyyəti doğru izah olunmalı, gənc nəslə vaxtında biliklər verilməlidir.
6. Milli ideologiya problemini aktuallaşdıran amillərdən biri də akademik nəşrlərdə və digər formada çap olunmuş onlarla, yüzlərlə ədəbiyyatda Azərbaycan xalqının tarixi, fəlsəfə tarixi, mədəniyyəti, etnogenezi, dili, dini-fəlsəfi dünyagörüşü və s. öz əksini bir-birinə zidd olan məsələlərdə tapmışdır. Şübhəsiz ki, bütün bunlar vətəndaşların, o cümlədən gənc nəslin doğru-dürüst bilik almasında mənfi rol oynayır. Çox təəssüf doğuran hal odur ki, indiki tədqiqatçıların bir qismi heç bir araşdırma aparmadan, əsas mənbələrə müraciət etmədən və s. Sovetlər Birliyi dövründə «möhürü vurulmuş» ideyalara, yaxud da tədqiq etdikləri mövzularla bağlı hansısa tədqiqatçıların gəldikləri qənaətlərə heç bir izahat vermədən, onların üzünü-surətini bir çox iqtibaslarla bəzən olduğu kimi, bəzən isə cüzi dəyişikliklərlə köçürərək öz fikirləri kimi çap etdirir və bununla da yeni-yeni dissertasiyalar, monoqrafiyalar, kitablar işıq üzü görür. Həmin kitabları əvvəlkilərlə müqayisə etdikdə görürük ki, bəzi tədqiqatçıların bu cür «əsərləri» bir-birinin əsasən təkrarı, yaxud da cüzi dəyişikliklərlə, mövzuya uyğun olaraq dəyişilmiş variantlarıdır. Bunun nəticəsidir ki, bəzi tədqiqatçılar Azərbaycan xalqının ideologiyası, etnogenezi, dili, bu xalqın formalaşması, dini-fəlsəfi dünyagörüşü və s. məsələlərlə bağlı elmi tədqiqatlara əsaslanan yeni bir söz demək əvəzinə özündən əvvəlkiləri təkrarlamaqla kifayətlənirlər. Bu mövzuya müraciət etməyimizin əsas səbəblərindən biri də məhz bu cür anlaşılmaz, qarışıq, təkrarçı, bəzi hallarda isə plagiatçı mülahizələrə, fikirlərə aydınlığın gətirilməsi yolunda bir cəhddir.
7. Fikrimizcə, milli ideologiya problemi çərçivəsində «milli konsepsiya» məfhumuna da aydınlıq gətirilməli, onun başqa anlayışlarla oxşar və fərqli cəhətləri göstərilməlidir. Ümumiyyətlə, «milli konsepsiya» dedikdə, nəyin nəzərdə tutulduğu və bütün digər məsələlərə də aydınlıq gətrilməlidir.
Göründüyü kimi, Azərbaycan-türk xalqı 1991-ci ildə müstəqilliyini bərpa edərək özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi elan etmiş olsa da, indi də bir-birinə daban-dabana zidd olan nəzəriyyələr, mülahizələr xalqın milli ideologiyasının formalaşması prosesində öz rolunu qoruyub saxlayır. Bu isə, özünü Azərbaycanın tarixinə, mədəniyyətinə, fəlsəfəsinə, ədəbiyyatına və s. həsr edilmiş elmi-kütləvi nəşrlərdə, xalqın hansı ideologiyaya əsaslanması ilə bağlı yazılan kitablarda özünü büruzə verir.

Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |