11.02.2022 [09:49] - Xəbərlər, Siyasət
Azərbaycanın Qırğızısındakı səfiri Lətif Qəndilovun bu ölkənin daxili işlər naziri Ulan Niyazbekovla görüşü olub.
Nazir səfiri təyinatı münasibətilə təbrik edib və Azərbaycan Respublikası ilə təhlükəsizlik sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirib.
O qeyd edib ki, kriminal aləm bu gün informasiya texnologiyalarının qlobal imkanlarından getdikcə daha çox istifadə edir. Son illər baş verən hadisələr fonunda Mərkəzi Asiya regionu ərazisində terrorizm və ekstremizm təhlükəsi getdikcə aktuallaşır. Bununla əlaqədar olaraq respublikanın hüquq-mühafizə orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri də məhz ekstremizm və terrorizm faktlarının qarşısının alınması, ümumi səylərin formalaşdırılması və onlara qarşı mübarizədə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsidir.
Səfir öz növbəsində səmimi qəbula görə daxili işlər nazirinə minnətdarlığını bildirib və müasir çağırışlara cavab verilməsi məqsədilə ölkələrimiz arasında təhlükəsizlik sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, son zamanlar dövlətlərin daxilində qeyri-stabillik yaradılması üçün bəzi xarici qüvvələr-fondlar və təşkilatların kriminal qruplardan istifadə etməsi müşahidə olunur və bu baxımdan daimi olaraq informasiya mübadiləsinin aparılması son dərəcə vacibdir.
Diplomat əmin olduğunu bildirib ki, təhlükəsizlik sahəsində birgə əməkdaşlığımız mövcud əlaqələrin möhkəmləndirilməsi üçün faydalı olacaq.

Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |