11.02.2022 [09:55] - Xəbərlər, Siyasət
Slovakiyanın prezidenti Zuzana Çaputova ABŞ ilə müdafiə sahəsində ötən həftə imzalanan əməkdaşlıq sazişini təsdiqləyib.
Prezident Administrasiyasından bildirilib ki, artıq parlament tərəfindən təsdiqlənmiş sazişin mətni bundan öncəki və hazırkı hökumətlər tərəfindən müzakirə olunub və Slovakiyanın ABŞ-la Müdafiə Əməkdaşlığı Sazişinin qüvvəyə minməsi üçün bütün tələb olunan şərtlər yerinə yetirilib. Parlamentdə gedən debatlarda ölkənin suverenliyinin bu sazişlə təhlükə altına düşəcəyinə dair fikirlərə nəzərən qeyd edilib ki, NATO-ya üzv olan 23 ölkə Slovakiyadan öncə öz suverenliyini itirmədən ABŞ-la bu cür sazişlər bağlayıblar.
Dövlət başçısına görə, sazişin bağlanması dezinformasiyanın yayılması ilə yanaşı, həm də izah edilməli olan təbii narahatlıqlarla müşayiət olunub. O qeyd edib ki, əgər kimsə bu sazişi 1968-ci ildən SSRİ qoşunlarının ölkə ərazisinə hərbi təcavüzündən sonra bağlanmış işğal müqaviləsi ilə müqayisə edirsə, o zaman bunu yalnız faktların yanlış anlaşılması kimi dəyərləndirmək olar.
Qeyd edilməlidir ki, ABŞ və Slovakiya arasında müdafiə əməkdaşlığına dair saziş fevralın 9-da ölkə parlamentində qızğın debatlardan sonra qəbul edilib. İclasda iştirak edən 140 deputatdan 79-u sənədin lehinə, 60-ı isə əleyhinə səs verib. Sazişə əsasən, ABŞ Silahlı Qüvvələrinə Malaçki-Kuxinya və Sliaçdakı Slovakiya hərbi bazalarından və hər hansı digər razılaşdırılmış obyektlərdən istifadə etməyə icazə verilir. Saziş on il müddətində qüvvədə olacaqdır. Bu müddətdən sonra onun müddəti uzadıla bilər və ya bir il müddətində ləğv edilə bilər.

Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |