Şrift:
İtaliyada 150 mindən çox insan koronavirusun qurbanı olub
11.02.2022 [09:56] - Gündəm, Sağlıq
İtaliyada koronavirus qurbanlarının sayı bu vaxtadək ümumilikdə 150 min nəfəri ötüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə COVID-19-un qurbanlarının sayı 325 nəfər artaraq 150 min 221-ə çatıb. İndiyədək COVID-19 infeksiyasına yoluxanların sayı isə 75 min 861 nəfər artaraq 11 milyon 923 min 631-ə yüksəlib.

Ötən 24 saatda 683 min 715 test icra olunub. Aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 813 min 274, reanimasiya şöbəsində olan xəstələrin sayı 1322 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed