Şrift:
Yaponiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə Ukrayna ətrafında vəziyyəti müzakirə edib
11.02.2022 [09:58] - Xəbərlər, Siyasət
Fevralın 11-də Melburnda ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşən Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi onunla Ukrayna ətrafında vəziyyəti müzakirə edib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, görüş zamanı Ukrayna sərhədində Rusiya qoşunlarının toplanmasından narahatlığını ifadə edən tərəflər baş verə biləcək həbi müdaxilənin qarşısını almaq üçün əməkdaşlıq barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflərin Cənub və Şərqi Çin dənizlərində vəziyyət və Şimali Koreyanın son raket sınaqlarını müzakirə etdiyi də bildirilir. Həmçinin, E.Blinkenin təbii sıxılmış qazın Avropaya nəqli barədə qərara görə Yaponiya tərəfinə minnətdarlığını çatdırdığı qeyd edilir.

Xəbər verdiyimiz kimi, Yaponiyanın xarici işlər naziri ABŞ, Hindistan və Avstraliyanın xarici işlər nazirlərinin iştirakı ilə təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) çərçivəsində danışıqlarda iştirak etmək üçün Melburnda səfərdədir.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed