Şrift:
Soydaşımız Qırğızıstan prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət İşçisi” fəxri adına layiq görülüb
11.02.2022 [10:01] - Xəbərlər, Mədəniyyət
Bu gün Qırğızıstan prezidenti Sadır Japarov ölkənin sosial-iqtisadi, intellektual və mədəni potensialının inkişafında mühüm xidmətləri olan, habelə peşə fəaliyyətində yüksək nəticələr əldə edən vətəndaşlara dövlət mükafatlarını təqdim edib

“Əməkdar mədəniyyət İşçisi” fəxri adına layiq görülənlər arasında Qırğızıstandakı “Türkel” Media Qrupunun rəhbəri, “Piramida” televiziya kanalında efirə gedən həftəlik “Dostluq körpüsü” verilişinin müəllifi və aparıcısı Hökumə Xəlilova da var. Dövlət başçısı bununla bağlı döş nişanı və vəsiqəni H.Xəlilovaya təqdim edib.

H.Xəlilova ölkənin ictimai-siyasi və mədəni həyatındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.

Prezident dövlət mükafatına və fəxri ada layiq görülənləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed