11.02.2022 [10:47] - Gündəm, Mədəniyyət
Bu gün Dendrologiya İnstitutu Bakı şəhərinin yaşıllaşdırılmasında, eləcə də bəzi ərazilər üçün bitki bazasının yaradılmasında yaxından iştirak edir. İnstitutda aparılmış yenidənqurma-abadlıq işləri onun müasir dövrün tələblərinə uyğun qurulduğunu, dünyanın aparıcı bağları ilə rəqabət apara biləcək imkanlara sahib olduğunu deməyə əsas verir.
Hazırda rəhbərlik etdiyim bu institut Dünya Botanika Bağlarının üzvüdür və bu üzvlər arasında seçilmiş bağlardan biri hesab olunur. İnstitutda mütamadi olaraq dünyanın müxtəlif ölkələrinin iştirakı ilə konfranslar, qurultaylar keçirilir. Qeyd edim ki, son dövrlərdə dendroflora ilə bağlı müxtəlif ölkələrlə birgə keçirilən konfransların sayına görə Dendrologiya İnstitutu respublikamızda liderlik edir. Bunlardan biri də cari ilin iyun ayında “Scopus”un dəstəyi ilə dünyanın 200-ə yaxın botaniki və tibb sahəsində mütəxəssisinin iştirakı ilə keçirilən konfransdır.
Bu barədə Dendrologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov bildirib.
O qeyd edib ki, hazırda Dendrologiya İnstitutunun laboratoriyaları ən müasir avadanlıqlarla təchiz olunub. Burada fəaliyyət göstərən bir çox laboratoriyalara MDB ölkələrinin əksəriyyətində rast gəlmək mümkün deyil. Bəzi laboratoriyalar yalnız institut üçün deyil, bütövlükdə ölkəmiz üçün böyük bir elm mənbəyidir. Bir çox hallarda ən yeni nəsil avadanlıqları işə salmaq üçün xarici ölkələrdən mütəxəssislərin gətirilməsi tələb olunur.
İnstitutda Müasir bitki mühafizəsi laboratoriyası da fəaliyyət göstərir. Ağaclara olan mənfi davranışları aradan qaldırmaq üçün xarici ölkələrdən gətirilən müasir avadanlıqla bitkinin yaşı, onun illər üzrə keçdiyi ekoloji mühiti, sağlamlıq dərəcəsi təyin edilir. Fiziologiya laboratoriyasında quraşdırılmış avadanlıqlar müasir dövrdə qlobal problemlərin həllində inkişaf etmiş ölkələrdə tətbiq olunan qurğulardandır.
“Düşünürəm ki, bağın qorunub saxlanılması və burada quraşdırılmış yeni avadanlıqlar hesabına əhəmiyyətli elmi tədqiqatların aparılması işlərini gələcək nəsillər də uğurla davam etdirəcək. Sevindirici haldır ki, institutumuz dünya ölkələri ilə əməkdaşlıqda, dünyanın reytinqli jurnallarının tələblərinə uyğun birgə məqalələrin hazırlanmasında yaxından iştirak edir”, - deyə T.Məmmədov bildirib.

Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |