11.02.2022 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
1747-ci ildə Nadir şah Avşarın ölümündən sonra Azərbaycan torpaqları xanlıqlara parçalanmışdı. Azərbaycan ərazilərində 19 xanlıq yaranmışdı.
Mərkəzi hakimiyyətin olmamasından və feodal pərakəndəliyinən maksimum yararlanan Rusiya imperiyası Qafqaza ayaq açmağa başlamışdı. 18-ci əsrin ortalarından Rusiya dövləti Cənubi Qafqazın xırda dövlətləri ilə danışıqlar aparırdı.
Məqsəd həmin dövlətləri imperiyanın tərkibinə qatmaq idi. 18-ci əsrin 80-ci illərində türk Qacar sülaləsi mövqelərini möhkəmləndirmiş və mərkəzi hakimiyyəti bərpa etməyə başlamışdı. Lakin qarşıda məkrli və güclü düşmən dayanırdı.
1801-ci ildə Qazax sultanlığı Rusiya imperiyasının tərkibinə daxil edildi. 1805-ci ildə Gəncə xanlığı süqut etdi. Ruslar Azərbaycan milli dirənişinin simvolu olan Cavad xanı qətl edərək xanlığı zorla imperiyaya birləşdirdilər.
1805-ci ilin mayın Kürəkçay müqaviləsi imzalandı. Müsaviləyə əsasən Qarabağ və Şəki xanlıqları Rusiyaya birləşdirildi. Quzey torpaqlarının əldən çıxdığını görən Qacar dövləti 1 il sonra Rusiya ilə müharibəyə başladı. Lakin 7 illik savaş uduzuldu.
Bədnam Gülüstan sülh müqaviləsi imzalandı, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Azərbaycanın şimal torpaqlarının əksəriyyəti Rusiyaya birləşdirildi.
1826-cı ildə münasibətlər yenidən kəskinləşdi. İkinci Rusiya
-Qacar savaşı başlandı. Lakin bu savaş uzun sürmədi. Bu dəfə də qalib tərəf Rusiya oldu.
Tərəflər arasında Türkmənçay müqaviləsini imzalandı.
Bu müqaviləyə əsasən, İkinci Rusiya-Qacar müharibəsini başa çatdı. Sənəd 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdı.
Bu müqaviləyə əsasən Qacar dövləti Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İrəvan, Naxçıvan və Lənkəran xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi.
Rusiyaya keçən torpaqlar hal-hazırki Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinni bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalayıb.
Türkmənçay sülhündən sonra tarixən vahid dövlətdə yaşamış quzey və güney Azərbaycan türkləri ikiyə bölündü. 200 ildən çoxdur ki, Azərbaycan türkləri bölünmüş xalq statusu daşıyır.
Quzey Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdi. Lakin Güney Azərbaycan türkləri hələ də İranda fars zülmü altında yaşayır.

Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |