Şrift:
Fərəc Quliyev: “Bizim müəyyən strukturlarımız buna etirazını bildirməlidir”
11.02.2022 [18:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiyalı jurnalist, “Qazprom-Media” holdinqinin baş direktorunun müavini Tina Kandelaki TNT (Tvoyo Novoe Televidenie) telekanalının icraçı direktoru vəzifəsinə təyin olunub.

Tina Kandelaki buna qədər 6 il “Matç TV”nin baş prodüseri vəzifəsində çalışıb. TNT-nin əvvəlki direktoru Roman Petrenko kanalı tərk edir, lakin “Qazprom-Media”da baş direktorun müşaviri kimi qalacaq.

“Qazprom-media” holdinqin baş direktoru Aleksandr Jarov qeyd edib ki, TNT-nin həm televiziya yayımı, həm də rəqəmsal mühit baxımından qarşısına ambisiyalı məqsədlər qoyulub. O, Kandelakinin kanalın qarşısına qoyulan məqsədlərə çatmaq üçün bütün səlahiyyətlərə və təcrübəyə malik olduğunu bildirib.

Şirkət daha əvvəl qeyd etmişdi ki, “Qazprom-Media”nın baş direktorunun müavini təyin edildikdən sonra Kandelaki tematik idman televiziya kanallarının vahid strukturunun inkişafına cavabdeh olmağa davam edəcək. Bundan əlavə, mediamenecer əyləncə telekanallarını inkişaf etdirəcək - TNT, TV-3, “Pyatnitsa!” və başqaları.

Kandelakinin məsuliyyət zonasına holdinqin 2021-ci il avqustun sonunda istifadəyə verildiyini elan etdiyi yeni “Matç Plus” informasiya agentliyi də daxildir.

Qeyd edək ki, Tina Kandelakinin atası gürcü, anası ermənidir. Onun fəaliyyətində ermənipərəslik aşkar hiss olunur. Tina Kandelaki bu yaxınlarda Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovla RTVI-ın efirində yayımlanan “Xüsusi qonaq” proqramına müsahibə zamanı ona provokativ suallar vermiş və Azərbaycan və Türkiyə əleyhinə fikirlər bildirmişdi.

Belə ermənipərəst jurmalistlərin karyera yüksəlişinə hansı dairələr dəstək verir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu xanım həm də Rusiyanın böyük şirkətindəki rəhbər vəzifəsini saxlamaqla həmin posta təyin edilib: “Bu jurnalistin mövqeyi bizə bəllidir. Azərbaycana və xüsusilə də bütün türk dünyasına qarşı qərəzli mövqeyi ilə seçilib. Biz nə qədər desək ki, Rusiya ilə səmimi münasibətlərin tərəfdarıyıq, qarşı tərəfdən bunu görmürük. Rusiyada hərbi və kilsəyə bağlılıq prinsipindən hakimiyyətin idarə edilməsindən geniş istifadə olunur. Hələ Qorbaçovun dönəmində biz onun müşavirlərinin erməni olmasını görmüşük. Həmin adamların Qarabağdakı proseslərin alovlanmasında oynadıqları rolu da bilirik. 20 Yanvar qırğınında 66 min ermənini Stavropol və Krasnodardan gətirib Bakıya tökdülər. Bütün bunlar göstərir ki, Rusiya həm hərbi, sosial, həm də etnik siyasətində ermənilərə üstünlük verir. Göründüyü qədər, Azərbaycana və Türkiyəyə qarşı onların mövqeyi dəyişməyib. Ermənilərin dövləti belə projedir. Yaradıblar ki, Türk dünyasına təzyiq etsinlər. Bu xanımı da erməni mövqeyinə görə irəli çəkirlər. Bizim müəyyən strukturlarımız buna etirazını bildirməlidir. Nəticə dəyişmısə də, görsünlər ki, narahatlığımızı ifadə edirik”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed