Şrift:
İranda koronavirusun altıncı dalğası ölüm hallarının artması ilə müşahidə edilir
14.02.2022 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.

Bu barədə Tehrandakı “Şəhid Behişti” xəstəxanasının baş həkimi Əlirza Zali məlumat verib. Onun sözlərinə görə, son sutka ərzində yalnız Tehranda 18 mindən çox koronavirusa yoluxan şəxs xəstəxanalara müraciət edib. Yalnız reanimasiya şöbəsinə ağır vəziyyətdə olan 290 xəstə yerləşdirilib. Tehran şəhəri artıq qırmızı zonaya daxil edilib.

İranın Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə 25 min 812 yeni yoluxma və 148 ölüm faktı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 806 min 265 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 133 min 718-ə çatıb. Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 3 min 374 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda müalicə alan 6 milyon 298 min 272 xəstə sağalaraq evə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed