14.02.2022 [09:52] - Xəbərlər, Mədəniyyət
Suraxanı rayonundakı Qurban Abbasov adına Qaraçuxur Mədəniyyət Mərkəzində yazıçı-publisist Təranə Cəbiyevanın və Qubad Bağırovun həmmüəllifliyi ilə dərc olunan “Qarabağda döyüşən bülbüləlilər” adlı kitabın təqdimatı keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Mehman Piriyev kitabın ürəyi Vətən eşqi ilə döyünən, Birinci və İkinci Qarabağ müharibəsində şəhid və qazi olan, rəşadətli döyüş yolu keçən bülbüləli Vətən oğullarımızın qəhrmanlığından bəhs etdiyini bildirib.
Kitabın həmmüəlliflərindən biri Təranə Cəbiyeva vurğulayıb ki, kitabda hər bir qəhrəman haqqında danışılıb, onların keçdiyi kişilik yolu, mərdliyi və qəhrəmanlığı təsvir edilib. Şəhid olan, yaralanan, itkin düşən hər bir Bülbülə sakini haqqında ayrıca söhbət açılıb. Çünki bu oğullar Vətən uğrunda savaşda igidliklə döyüşüblər.
Tədbirdə Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən söz açıb və kitab haqqında fikirlərini bölüşüblər.
Beynəlxalq Mahmud Kaşğari mükafatı laureatı, şair-publisist Zərəngiz Dəmirçi Qayalı Qarabağ müharibəsində oğullarımızı bir amal, bir istək birləşdirdiyini söyləyib və vətənpərvərlik mövzusunda şeirlərini oxuyub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Xəzər rayonu Buzovna qəsəbəsindəki 322 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov, kitabın həmmüəllifi Qubad Bağırov, Vətən müharibəsi iştirakçısı Hasil Hümmətov və başqaları Bülbülə şəhidlərinin və bütünlükdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsinin daim yad olunacağını bildiriblər.
Sonda Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin, Bakı Uşaq və Gənclər Teatrının, 226 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |