14.02.2022 [09:56] - Xəbərlər, Sosial
Fevralın 14-də Tokioda Yaponiya hökuməti ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında qəzalı “Fukuisma-1”AES-də radioaktiv maddələrdən təmizlənmiş suyun dənizə axıdılması ilə bağlı planın müzakirələrinə başlanıb.
Bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, fevralın 18-dək Yaponiyada qalacaq BAEA-nın işçi qrupunun üzvləri fevralın 15-də 2011-ci il zəlzələsi və sunami zamanı zərərçəkmiş AES-də radioaktiv maddələrdən təmizlənən suyun təhlükəsizliyini yoxlayacaqlar. Yoxlamanın məqsədi suyun dənizə axıdılması zamanı beynəlxalq standartlara uyğun olaraq ətraf mühitə və əhalinin sağlamlığına zərər vurulmamasıdır.
Fevralın 14-də keçirilən ilk görüşdə İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin, Xarici İşlər Nazirliyinin, AES-in operatoru olan “Tokyo Electric Power Co.” şirkətinin nümayəndələri iştirak ediblər.
BAEA-nin nüvə və fiziki təhlükəsizlik departamentinin direktoru Qustavo Karuzo işçi qrupun yoxlamanı obyektiv, etibarlı və elmi cəhətdən əsaslandırılmış şəkildə aparacağını, bu zaman Yaponiyanın həm yerli əhaliyə, həm də beynəlxalq ictimaiyyətə şəffaf mesaj verməsinə çalışacağını qeyd edib.
BAEA-nın məlumatına görə, səfərin nəticələri ilin sonunadək hazırlanacaq hesabata daxil ediləcək.
Xatırladaq ki, Yaponiya hökuməti ötən ilin aprelində təmizlənmiş suyun gələn ildən mərhələlərlə Sakit okeana axıdılması barədə qərar qəbul edib. Lakin Çin, Cənubi Koreya hökumətləri və yerli balıqçı icmaları bu plana etirazlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |