Şrift:
Fərəc Quliyev:Boş qalmış yerlərə seçkilərin keçirilməsi üçün Prezidentin sərəncamı lazımdır
14.02.2022 [22:37] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verdiyimiz ki, Respublikaçı Alternativ Partiyası (REAL) boş qalmış dairələrə seçkilərin keçirilməsi üşün imza toplama kampaniyasına start verməyi qərarlaşdırıb. Belə ki, partiya sədri İlqar Məmmədov sosial şəbəkə hesabından sözügedən məsələ ilə bağlı məlumat verib.
]
İlqar Məmmədov REAL-ın Xətai rayonu üzrə 33 və 35 saylı seçki dairələrində seçicilərin imzasının toplayacağını qeyd edərək, digər partiyalara daha 3 boş qalan dairədə oxşar addımı atmaq təklifini irəli sürüb.

Məsələnin nə qədər qanuni olub-olmamasını elə digər partiyaların sədrlərindən soruşduq.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, belə bir qanuni təfsir yoxdur:

“Boş qalmış yerlərə seçkilərin keçirilməsi üçün Prezidentin sərəncamı lazımdır. Və bundan sonra seçkiyə uyğun olaraq, namizədlərin verilməsi, imza toplanılması mexanizmi işə düşür. Mənə elə gəlir ki, indi belə bir tədbirin həyata keçirilməsi qanuni deyil”.

Murad Əhmədov, Bizim.Media
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed