Şrift:
Azərbaycan məhsulları “Gulfood 2022” sərgisində
15.02.2022 [09:05] - Xəbərlər, İqtisadiyyat
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2022” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 15 şirkətinin meyvə şirələri, təbii mineral sular, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və sair “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir. Beş gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed