15.02.2022 [09:08] - Xəbərlər, Sosial
Budapeşt ölkə ərazisində NATO qoşunlarının yerləşdirilməsinə ehtiyac duymur.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu fikri “Euronews” telekanalına müsahibəsində söyləyib.
“Macarıstan silahlı qüvvələri ölkəmizin təhlükəsizliyini təmin etməyə qabildir, ona görə də biz NATO qüvvələrinin ölkəmizdə yerləşdirilməsinə razılıq verməyəcəyik”, - deyən P.Siyarto əlavə edib ki, Macarıstan ordusu həm də NATO-nun qoşunları deməkdir və o, millətin təhlükəsizliyinə təminat vermək üçün lazımi formadadır. Nazir deyib: “Beləliklə, Macarıstan ərazisində əlavə qoşunlar olması bizə lazım deyil”.
Siyarto ölkə ərazisində guya Amerika və Britaniya hərbçilərinin yerləşdirilməsi barədə məlumatı təkzib edib.
Ölkənin Müdafiə Nazirliyinin rəhbəri Tibor Benke daha əvvəl bildirib ki, Macarıstan artıq öz milli silahlı qüvvələrini yaradıb, zəruri potensial formalaşdırıb, ona görə də indiki vəziyyətdə xarici silahlı qüvvələrə və bölmələrə ümid etməyə ehtiyac yoxdur.

Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |