15.02.2022 [09:22] - Xəbərlər, İdman
Bu gün Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova "Pekin-2022" Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
19 yaşlı idmançımız Bakı vaxtı ilə saat 14:00-da qısa proqramda 24-cü nömrə altında çıxış edəcək.
Təmsilçimiz ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev "Pekin-2022"də 18-ci yeri tutub.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.

Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |