Şrift:
Kazemiro "Paris Sen-Jermen" ilə cavab oyununu buraxacaq
16.02.2022 [10:25] - Gündəm, İdman
İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Kazemiro fevralın 16-da futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində Fransanın "Paris Sen-Jermen" komandasına qarşı oyunda sarı vərəqə alıb.

Bununla da braziliyalı futbolçu martın 9-da cavab matçında oynamayacaq. Buna səbəb sarı vərəqə limitini keçməsi olub.

Qeyd edək ki, "Paris Sen-Jermen" - "Real Madrid" klubu arasında baş tutan görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb - 1:0. Görüşdə yeganə qolun müəllifi əsas vaxta əlavə olunmuş dəqiqlərdə Kilyan Mbappe olub. Fransız fərdi ustalığı sayəsində komandasının vacib qolunu vurub.

Səkkizdəbir final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed