Şrift:
Yaponiya saytı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri barədə məlumatlar yayıb
16.02.2022 [10:26] - Xəbərlər, Siyasət
Yaponiyanın “ajmedia.jp” saytı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfərləri barədə məlumatlar yayıb.

Azərbaycanın dövlət başçısına və birinci xanıma Ağdamda bir neçə yeni yarımstansiyanın açılışında iştirak etmələri, yeni sosial əhəmiyyətli obyektlərin təməlini qoymaları, Ağdam Cümə məscidi və Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində planlaşdırılan işlərlə tanış olmaları öz əksini tapıb.

Yapon oxuculara Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi haqda məlumat verilərək bildirilib ki, XVIII əsrə aid və iki binadan ibarət olan bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, bu tikili Pənahəli xanın imarəti də adlandırılıb.

Məlumatlarda vurğulanıb ki, işğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb, buradan tövlə kimi istifadə olunub.

Materiallarda diqqətə çatdırılıb ki, Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalaraq dağıdılıb.
Bu xəbər oxucular tərəfindən 223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed