16.02.2022 [10:30] - Xəbərlər, Siyasət
ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında təhlükəsizlik vəziyyəti ilə bağlı müraciət edib.
Ağ Evin mətbuat xidmətinə istinadla xəbər verir ki, Co Bayden müharibə təhlükəsinin hələ də real olduğunu bildirib. ABŞ Prezidenti qeyd edib ki, Birləşmiş Ştatlar Moskva ilə dialoqa açıq qalır. Onun sözlərinə görə, müharibə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar uzunmüddətli nəticələrə gətirib çıxaracaq və Rusiyanı iqtisadi və strateji baxımdan rəqabət qabiliyyətindən məhrum edəcək.
Ağ Ev rəhbəri onu da qeyd edib ki, NATO hərbi eskalasiya olacağı təqdirdə Alyans ölkələrinin ərazisində mövcudluğunu gücləndirəcək. Ukraynadakı mövcud vəziyyətlə əlaqədar Co Bayden dəfələrlə amerikalıları ölkəni tərk etməyə çağırıb. Onun sözlərinə görə, nə NATO, nə ABŞ, nə də Ukrayna Rusiyanı təhdid etmir. Amerika lideri bildirib ki, Ukraynada heç bir raket silahı yoxdur və onları ora göndərmək planı mövcud deyil.

Bu xəbər oxucular tərəfindən 280 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |