16.02.2022 [10:35] - Xəbərlər, Siyasət
Yaponiya hökuməti Ukrayna ətrafında vəziyyətlə əlaqədar sayıqlığı saxlamağa çalışaraq hadisələrin gedişini diqqətlə izləyir.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno fevralın 16-da keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib.
“Yaponiya hökuməti Ukrayna ətrafında baş verənlərlə əlaqədar sayıqlığı saxlamağa və ehtiyatı əldən verməməyə çalışır”, – deyə baş katib qeyd edib. Bildirib ki, Yaponiya hökuməti hadisələrin gedişini diqqətlə izləməkdə davam edir. Əlavə edib ki, Yaponiya tərəfi Rusiya Müdafiə Nazirliyinin təlimlər qurtardıqdan sonra hərbçilərin daimi dislokasiya məntəqələrinə qayıdacağı barədə bəyanatından xəbərdardır.
“Digər tərəfdən, ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsinin qaldığını da bəyan edib”, - deyə H.Matsuno bildirib.
Baş katib Yaponiya hökumətinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edib. “Biz qəti şəkildə istənilən məsələnin diplomatik yolla həllinə çağırırıq”, - deyə baş katib əlavə edib. Bildirib ki, Yaponiya hökuməti beynəlxalq ictimaiyyətlə və G7 ölkələri ilə birlikdə lazım olan addımları atmağa hazırdır.
Jurnalistlərin Ukrayna müəssisələrinin və banklarının saytlarına kütləvi haker hücumlarının olması barədə sualını cavablandıran H.Matsuno Yaponiya hökumətinin bu barədə məlumatlı olduğunu qeyd etsə də, bu hücumların kim tərəfindən təşkil olunması barədə suala cavab verməkdən yayınıb. Eyni zamanda, Rusiya tərəfinin bir sıra xarici ölkələrə kiberhücumlarla əlaqədar ittiham edildiyini xatırladıb.

Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |