01.11.2011 [07:10] - Güney Azərbaycan-Təbriz
Fars şovinizmi soyuq duş altında prosesi öz xeyrinə həll etmək istəyir
Əlirza Amanbəyli,
MDHP Güney Azərbaycan Departamentinin sədri
“Vilayəti Fəqih”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri İbadulla Ocaqnəjadın səlahiyyəti İranın Bakıdakı səfirinin səlahiyyətindən on qat çoxdur. İran səfiri onun qarşısında təzim etmək məcburiyyətindədir.
İndi Azərbaycanın hər guşəsində paniranizm və pansarsizmin ideoloji mətbəxinin qırıntıları ilə bəslənilən sosial şəbəkə hərəkətə keçib. Onlar bu müstəqil türk dövlətini hətta açıq şəkildə təhdidlərə keçiblər. Bu sırada qatı mühafizəkar və qismən modernist qılafa bələnmiş fars şovinizminin ideoloji nökərləri radikal addımlar atmaqdan belə çəkinmirlər. Azərbaycan dövlətini fars şovinist siyasətinin “əyaləti”nə çevirmək planı məhz bu mənada gündəmə gətirili. Həm də bu siyasətə uzun müddət idi ki, xüsusi hazırlıq görülürdü. Çoxsaylı ictimai, dini, təhsil, təbliğat, informasiya vasitələrinin yaradılması da bütün bunları təsdiq edir.
“Dünya müsəlmanları”nın liderinin nümayəndəliyi, yoxsa cəsus şəbəkəsi?
1990-cı illərin ortalarında Türkiyənin paytaxtı Ankarada mərkəzi İranın Qum şəhərində yerləşən “Dünya Müsəlmanlarının lideri”nin (Vilayəti Fəqih) Türkiyə nümayəndəliyinin rəhbəri Ayətulla Sabir Həmədaninin çalışdığı “şiə məscidi”nin minbərinin arxasında və minarəsində İran kəşfiyyatının qardaş ölkə ilə bağlı ağlagəlməz kəşfiyyat məlumatlarının xüsusi texnoloji avadanlıqlar vasitəsilə Tehran rejiminə ötürən qurğular müsadirə olundu. Buradakı avadanlıqların vasitəsilə Türkiyənin mühüm strateji sahələri haqqında məlumatlar toplanılır və eyni zamanda dinləmə şəbəkəsi fəaliyyət göstərirdi. Türkiyənin təhlükəsizlik orqanlarının əldə etdiyi ən mühüm dosyelərdən biri də İrana məxsus “Hezbollah”, “Cundullah”, “Sarullah” və digər radikal terrorçu birliklərin idarə olunması barədə mühüm dosyelər oldu. Bu olaya görə iki dövlət arasında hətta müharibə həddinə qədər yüksəlməsi belə gündəmi qarışdırmışdı. Buna görə də Ayətulla Sabir Həmədani Türkiyədən deportasiya olundu. İran isə onu Azərbaycana, yəni Bakıya göndərdi. İlk öncə Həmədani Yasamal rayonundakı “Şüşəli Bazar”ın arxasında “Azərbaycan İslam Partiyası”nın o zamankı lideri Əlikram Əliyevə məxsus xüsusi mənzildə yaşadı. Bundan sonra o, Nizami metrosunun arxasında yerləşən “İran Mədəniyyət Mərkəzi” (İMM) adlı qurumun qərargahına köçdü. İndiyə kimi həmin qərargahda Azərbaycana məxsus 300, İranın isə 100 nəfərdən artıq əməkdaşı gecə-gündüz buradakı cəsus şəbəkəsində fəaliyyət göstərir.
İMM-nin strukturları
Burada “İran islam irsinin təbliğatı”, “Azərbaycandakı məscidlərə nəzarət”, “şiə təriqəti üzrə təbliğat”, “paniranizm və panfarsizm təhsil”, “fars dilinin öyrədilməsi”, “İrandakı dini ədəbiyyatların tərcüməsi”, “nəşriyyat və mətbuat”, “Azərbaycan KİV-lərində yerləşən kadrlar şöbəsi”, “Azərbaycandakı dinlərin, təriqət və məzhəblərin araşdırılması”, “İranda təhsil almaq istəyənlərin hazırlanması”, “nohə və mərsiyə kursları”, “ilahi mahnıların ifaçıları”, “orta və ali məktəblərdə İranın təbliğatı”, “İran islam inqilabının ideoloji təməllərini təbliğ edən kitabların ticarəti”, “Azərbaycanın regionlarında İran islamının təbliği”, “gənclərin İranın Azərbaycandakı şəbəkələrinə cəlb edilməsi”, “qadın və qızların dini və ictimai təşkilatlara cəlb edilməsi”, “internet strukturlarının yaradılması və bu şəbəkələrdən İranın maraqlarını təmin edən təbliğatın aparılması” və digər çoxsaylı stukturlar mütəhhərik formada fəaliyyət göstəriblər.
Bütün bu strukturları yaradan Ayətulla Hacı Sabir Həmədani və onun müavini Höccətül İslam İbadulla Ocaqnəjad olmuşdur. Bu mərkəzin maliyyə mənbəyi isə “İranlı Tacirlər Şurası” və “İran Şirkətləri Birliyi” tərəfindən həll edilib. Hal-hazırda “Vilayəti Fəqih”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri vəzifəsini İbadulla Ocaqnəjad icra edir. Onun səlahiyyəti İranın Bakıdakı səfirindən on dəfə çoxdur. İran səfiri onun qarşısında təzim etmək məcburiyyətindədir.
1992-ci ildə Tehranda imzalanmış memorandumun acı sonluğu
Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra, İran tərəfinin rəsmi dəvətilə Bakıdan böyük bir rəsmi nümayəndə heyəti Tehrana rəsmi səfərə getmişdi. Nümayəndə heyətində o vaxtkı baş nazir Həsən Həsənov, mətbuat və informasiya naziri Sabir Rüstəmxanlı və digərləri təmsil olunurdular. Bu memoranduma görə İran rəsmi qaydada Azərbaycanda kitab mağazaları, dini təhsil mərkəzləri, mədəniyyət mərkəzləri, qəzet və jurnallar, nəşriyyatlar, ticarət mərkəzləri, radio və televiziya kanalları, informasiya-təhlil mərkəzləri təsis etmək hüququna sahib oldu. Bu sətirlərin müəllifi elə həmin ilin mart ayında “Aydınlıq” qəzetində memorandumun şərtlərinə qarşı sərt şəkildə təhlil məqaləsi ilə çıxış etmişdir.
O zaman Güney Azərbaycanın məşhur milli ziyalılarından Əli Təbrizli, Məhəmmədtağı Zehtabi, Həsən Məcid Savalan, Həsən Dəmirçi, Firudin Hasarlı, Aqşin Ağkəmərli, Kərim Məşrutəçi Sönməz, Səttar Gülməhəmmədi, Həmid Nitqi Aytan, Məcid Səbbağe Yalqız, Əli Kamali və digərləri bu memoranduma qarşı böyük bir etiraz dalğasını yaratdılar. Ona görə ki, memorandumdan irəli gələn şərtlərə görə Azərbaycan dövləti də bu təsisatları İranda və Güney Azərbaycanda yaratmalı idi. Bu ağır basqılardan qorxan o zamankı iqtidar Tehranın qaranlıq küçələrinin birində balaca bir kitab mağazası açmalı oldu. Sonralar bu mağaza Tehran rejimi tərəfindən qapadıldı.
(davamı var)

Bu xəbər oxucular tərəfindən 2088 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |