16.02.2022 [10:37] - Gündəm, Sosial
Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar mübadilə proqramı çərçivəsində “Hitachi High-Tech” şirkəti məktəblilər tərəfindən elmi tədqiqat məqsədilə dörd onlayn kurs təşkil edəcək.
“ist-enews.net” saytına istinadla xəbər verir ki, cari ilin fevralından noyabrınadək təşkil ediləcək kursda 8-13 yaşlı məktəblilərin iştirakı nəzərdə tutulur.
Bildirilir ki, “Hitachi High-Tech Russia” (Moskva) bürosu tərəfindən təşkil olunacaq kursa qoşulan məktəblilər məsafədən şirkətin Tokionun Minato rayonundakı ofisində quraşdırılmış stolüstü elektron mikroskopa qoşularaq elmi tədqiqat apara biləcəklər.
Qeyd edilir ki, “Hitachi High-Tech Group” tərəfindən hazırlanan stolüstü elektron mikroskoplar istənilən nümunəni çox yüksək dəqiqliklə böyütmək qabiliyyətinə malikdir. Həmin mikroskopdan istifadə məktəblilərə tanış olan əşyaları mikroskopik ölçüdə görmək və onları tədqiq etmək imkanı yaradacaq. Bu, uşaqlarda elmə və yüksək texnologiyalara marağın yaranmasına təkan verəcək.
Əlavə olaraq bildirilir ki, şirkət belə proqramlarla 2005-ci ildən çıxış edir və indiyədək 28 ölkənin məktəbliləri bu imkandan faydalanıblar.

Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |