17.02.2022 [09:39] - Gündəm, İdman
Bu oyun bizim üçün böyük təcrübə olacaq. "Marsel"in böyük avrokubok təcrübəsi, yaxşı futbolçuları və baş məşqçisi var. Öz komamdama güvənirəm. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik.
Bunu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” komandasının qonağı olacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov fevralın 16-da təşkil olunan mətbuat konfransında deyib.
Bildirib ki, ilk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik.
“Rəqibə görə yox, qrupdan çıxan ilk Azərbaycan klubu olduğumuz üçün sevinc həyəcanı var. Hamı səbirsizliklə bu görüşü gözləyir. Belə oyunlar üçün təcrübəmiz var. Qrup mərhələsini aşıb bu cür oyuna çıxmaq bizdə daha çox istək və həvəs yaradır. Amma bunun həddindən artıq olmasını istəmirəm. Çünki komandamın çıxışına mane ola bilər. Balansı qorumağa çalışmışıq. Fikrimiz sırf rəqibin oyun üslubuna və oyunçularına meydanda nət etmək istədiklərinə yönələcək. İnanıram ki, bu həyəcan bizim xeyrimizə olacaq”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |