Şrift:
Çempionlar Liqası: “Bavariya” son dəqiqələrdə məğlubiyyətdən qaçıb, “Liverpul” qələbə qazanıb
17.02.2022 [09:43] - Gündəm, İdman
Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki görüşü keçirilib.

Qarşılaşmalar İtaliya və Avstriyada gerçəkləşib.

"İnter" "San Siro"da İngiltərənin "Liverpul" klubuna məğlub olub. Qolları Roberto Firmino 75-ci, Məhəmməd Salah isə 83-cü dəqiqədə vurub.

"Zaltsburq" isə Almaniyanın "Bavariya" komandası ilə görüşdə qələbəni son anda əldən verib. Matçın 21-ci dəqiqəsində Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib.

Cavab görüşləri martın 8-də gerçəkləşəcək.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk iki oyununda "Paris Sen-Jermen" Fransada İspaniyanın "Real Madrid" klubunu 1:0, İngiltərənin "Mançester Siti" komandası isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed