Şrift:
Yapon dənizi sahillərinə güclü qar yağıb
17.02.2022 [09:59] - Xəbərlər, Bildiriş
Yapon dənizi üzərində müşahidə edilən soyuq hava kütlələri nəticəsində Yaponiya sahillərinə güclü qar yağıb. Meteoroloqlar nəqliyyatın hərəkətində fasilələr yaranacağı barədə xəbərdarlıq ediblər.

Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, aşağı hava təzyiqi güclü qarın Tohoku regionundan Çyuqoku regionuna doğru hərəkətinə səbəb olub. Bildirilir ki, fevralın 17-dək olan son sutka ərzində Qifu və Fukui prefekturalarına 60 santimetrdən çox qar yağıb. Nəticədə Qifu prefekturasının Sirakava kəndində qarın qalınlığı 2 metrə, Fukui prefekturasının Ono şəhərində isə 1,23 metrə çatıb.

Həmçinin qonşuluqda yerləşən Kanto regionuna da güclü qar yağacağı proqnozlaşdırılır.

Qar sürüşmələri barədə xəbərdarlıq yayan agentlik sürücüləri ehtiyatlı olmağa çağırıb. Eyni zamanda, ərazidə elektrik enerjisinin verilişində fasilələr yaranacağı da bildirilib.
Bu xəbər oxucular tərəfindən 5133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed