18.02.2022 [10:24] - Gündəm, İqtisadiyyat
Slovakiyada avtomobil istehsalı ötən il pandemiyanın yaratdığı problemlərə baxmayaraq dörd faiz artıb və bir milyonluq həddi ötüb.
İstehsalçılar 2022-ci ildə də oxşar istehsal həcminə nail olunacağına ümid bəsləyirlər. Qeyd edilən istehsal göstəricisi ilə Slovakiya dünya üzrə adambaşına düşən avtomobil istehsalına görə dünya lideridir. Dünyanın bir sıra aparıcı avtomobil şirkətləri Avropa üçün avtomobil istehsalının son mərhələsini bu ölkədə həyata keçirirlər. Bu fakt da 5,5 milyon əhalisi olan Slovakiyanı dünyada ən çox avtomobil istehsal edilən ölkələrdən birinə çevirir.
Slovakiya Avtomobil Sənayesi Birliyindən bildirilib ki, Slovakiya Avropada elektrik avtomobillərindən ən az istifadə edilən ölkələrdən biridir və bu sahədə geniş potensial mövcuddur. Qeyd edilib ki, 2021-ci ildə elektrik və hibrid mühərrikli avtomobillər ölkədə satılmış yeni avtomobillərin cəmi 3 faizini təşkil edib. Birlik hökumətdən tələb edib ki, həm ölkədə elektrik mühərrikli avtomobillərin istehsalı, həm də onların alışı üçün təşviqedici proqram həyata keçirsin.

Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |