18.02.2022 [10:48] - Gündəm, Mədəniyyət
Bakı Slavyan Universitetində (BSU) buraxılış ili tələbələrinin 2021-2022-ci tədris ilinin yaz semestri üçün pedaqoji və istehsalat təcrübəsinə hazırlıq, sənədləşmə və digər təşkilati-texniki işlər vaxtında başa çatdırılıb.
BSU-dan bildirilib ki, pedaqoji və istehsalat təcrübəsi 14 həftə davam edəcək və mayın 25-də başa çatacaq. BSU-nun 647 tələbəsi 102 nəfər müəllim-metodistin rəhbərliyi ilə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 40-a yaxın tam orta məktəbdə və 8 uşaq bağçasında pedaqoji təcrübə, 376 tələbəsi isə 120 nəfər müəllim-metodistin rəhbərliyi ilə 32 dövlət və qeyri-dövlət qurumunda istehsalat təcrübəsi keçəcək.

Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |