18.02.2022 [10:50] - Gündəm, İdman
Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında final oyunu və üçüncü yer uğrunda görüş keçirilib.
Həlledici qarşılaşmada beynəlxalq usta Məhəmməd Muradlı (2528) ağ fiqurlarla qrossmeyster Misrətdin İsgəndərovu (2566) sınağa çəkib. Bu görüşdə də qaralar özlərinin ənənəvi Qrünfeld müdafiəsini oynamağa çalışıblar. Lakin ağlar tərəfindən edilən “h4” gedişindən sonra qaraların fərqli reaksiyası nəticəsində planda üstünlük vəziyyəti yaranıb. Nəticədə ağlar mittelşpildə üstünlüyünə nail olub və oyunun sonunda qarşılıqlı buraxılmış səhvlərə baxmayaraq, qələbəni təmin ediblər.
Üçüncü yer uğrunda görüşdə isə qrossmeyster Vasif Durarbəyli (2615) qrossmeyster Aydın Süleymanlı (2530) ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Vasif debütdən aldığı üstünlüyü qələbəyə qədər aparıb.
Rəqiblər arasında daha bir oyun keçiriləcək və çempionatın mükafatçıları məlum olacaq.

Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |