Şrift:
Volodimir Zelenski və Emmanuel Makron Üçtərəfli Təmas Qrupunun toplantısının təcili keçirilməsini dəstəkləyiblər
21.02.2022 [09:52] - Xəbərlər, Siyasət
Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron regionda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər və Üçtərəfli Təmas Qrupunun toplantısının təcili olaraq çağırılmasını dəstəkləyiblər

Bu barədə Volodimir Zelenski Tviter səhifəsində məlumat verib.

“Mən Emmanuel Makrona mövcud təhlükəsizlik vəziyyəti və yeni təxribat xarakterli atəşlər barədə məlumat verdim. Biz sülh prosesinin intensivləşdirilməsinin tərəfdarıyıq. Biz Üçtərəfli Təmas Qrupunun təcili çağırılmasını və dərhal atəşkəs rejiminin tətbiqini dəstəkləyirik”, - deyə Zelenski əlavə edib.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed