07.01.2013 [11:15] - Gündəm, Siyasət
“İran Azərbaycanda müəyyən dini radikal təbəqələri maliyyələşdirir”. Bunu Demokratiya və İnsan Haqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə bildirib.
Deputat söyləyib ki, İranın Azərbaycanda terror aktlarının törədilməsinə çalışması faktları da ictimaiyyətə məlumdur. Onun sözlərinə görə, zaman-zaman Azərbaycandan olan müəyyən adamlar İrana gedərək orada təlim-məşqlər keçirlər və sonra isə Azərbaycanda onların planlarının həyata keçirilməsində iştirak edirlər: “Anti-Azərbaycan kampaniyası aparmaq artıq İranın xarici siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycan bloklara qoşulmayıb, öz ərazisindən heç bir qonşu dövlətə qarşı istifadəyə əsla imkan verməyəcəyini bəyan edir, qonşuluq və dostluq münasibətlərini saxlayır, İranın daxili işlərinə qarışmır və s. Amma İran Azərbaycan kimi qonşu dövləti lazımı dəyərləndirə bilmir. Çox təəssüf ki, İran daim Azərbaycanda ictimai-siyasi prosesləri dəyişdirməyə və sabitliyi pozmağa maraq göstərir. İranın bu cür addımları uzun illərdən bəri davam edib. Hələ 1992-ci ildə ölkədə baş verən qiyam zamanı İranın Azərbaycandakı səfiri Gəncədə Sürət Hüseynovun ətrafında olub. Ondan sonrakı dövrlərdə də ölkə başçılarına qarşı hər hansı fitvaların verilməsi, Fazil Lənkərani kimi din xadimlərinin fitvaları və sair kimi hərəkətlərin hamısı bir yerdən qaynaqlanır. Hazırda İranın siyasi mövqeyi odur ki, müstəqil və demokratik Azərbaycan dövləti İran kimi dini dövlət olsun. Onsuzda Azərbaycan hər zaman dini dəyərlərə hörmət bəsləyir, amma dini dövlət ola bilməz. Bu baxımdan da sərhəd, din, hicab, terror və digər bu kimi məsələləri araşdırıb təhlil edərkən məlum olur ki, bu məsələdə İranın da əli var”.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti (prezident müavini) Mənsur Həqiqətpurun Azərbaycanın Milli Məclisinə ünvanladığı müraciətlə bağlı məsələyə də toxunan Ç.Qənizadə deyib ki, iranlı millət vəkili Azərbaycanın millət vəkillərini debata çağırması da bütövlükdə İranın Azərbaycana olan münasibətinin tərkib hissəsidir: “Biz İranın Azərbaycana olan bu cür münasibətlərini qətiyyətlə pisləyirik”.

Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |